İndiyədək 690 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb
Gürcüstanda son sutka ərzində daha 9 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
AYNA “Qafqazinfo”ya istinadən bildirir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 827-yə yüksəlib, bu virusdan ölənlərin sayı isə əvvəlki kimi 13-dür.
Bundan əlavə, indiyədək 690 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 124 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 6-sının vəziyyəti ağır qiymətləndirilir.