Ukraynada “Birinci xanım” statusu yaradılır

Ukraynada prezident Vladimir Zelenskinin müraciəti ilə birinci xanım statusu yaradılır.

Bu barədə “Ukrainskaya Pravda” xəbər verir.

“Birinci xanım” statusu Yelena Zelenskayaya qanuni hüquq və vəzifələr verəcək. Bu barədə qanun layihəsi hazırlanır.

Ukrayna başçısı bildirib ki, bu, xərc tələb etməyəcək. O qeyd edib ki, həyat yoldaşı piar olmadan çox iş görür. Dövlət başçısı Yelena Zelenskayaya bunları ictimai şəkildə etməsini deyib:

“O, mənim üçün birinci xanım olmaqdan çox, həyat yoldaşım və uşaqlarımın anası kimi daha dəyərlidir”.

Ukrayna başçısı həyat yoldaşının üzləşdiyi əsassız tənqidlərin qanunvericilikdə birinci xanım statusunun əks olunmaması ilə əlaqələndirir.

Tarix: 8-06-2020, 21:05
Xəbəri paylaş



Xəbər lenti