Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko ölkə hökumətini istefaya göndərib.“Report” xəbər verir ki, bu barədə “Belarus 1” kanalı məlumat yayıb.
Qeyd olunur ki, dövlət başçısı müvafiq sərəncamı iyunun 3-də imzalayıb.Bundan əvvəl, Lukaşenko avqustun 9-a təyin olunan prezident seçkisindən əvvəl yeni hökumət hazırlamaq barədə planlarını açıqlamışdı.
Tarix: 3-06-2020, 23:19