”Siqaret çəkənlərin koronavirusa tutulma "şans"ı azdır” - İsrail alimləri


İsrail alimləri siqaret çəkənlərdə koronavirus riskini öyrənmək məqsədilə 3 milyon insan arasında COVİD-19 testindən keçənlərin nəticələrini yoxlayıblar.

APA-nın xəbərinə görə, “Daily Mail” ölkənin ən böyük tibbi xidmət təminatçısı olan “Clalit Health Services”ə istinadən xəbər verir ki, testdən keçən 114500 pasientin cəmi 4537 nəfərində nəticələr müsbət olub.

Doktor Ariel İsrailin rəhbərlik etdiyi tədqiqatın nəticəsinə görə, nikotin həvəskarlarının koronavirusa tutulma "şans"ı, demək olar ki, iki dəfə az olub.

Tədqiqat qrupunun rəhbəri araşdırmaların nəticələrini "heyrətamiz" adlandıraraq siqareti koronavirusa qarşı "əsl qoruyucu effekt" kimi qiymətləndirib.

Qeyd edək ki, nikotinin koronavirusa təsirilə bağlı israilli həmkarları ilə razılaşmayan elm adamları da var. Məsələn, Çin və İngiltərədə alimlər hesab edirlər ki, siqaret çəkənlər koronavirusa yoluxsalar, bu xəstəliyi siqaret çəkməyənlərə nisbətən daha ağır formada keçirərlər. Onlar keçirdiyi tədqiqatlar zamanı İsrail alimlərinə nisbətən az nümunələrdən istifadə etsələr də, öz fikirlərində israrlıdırlar.

Tarix: 3-06-2020, 09:02
Xəbəri paylaş



Xəbər lenti