Erməni "qanuni oğru" tacını 5 min avroya satırmış - “Skype” vasitəsi ilə

 
Ermənistan sakini Rusiyada həbsxana məsələlərində müştərilərin marağından istifadə edərək pul qazanmağın yaradıcı yolunu tapıb.

KONKRET.az xəbər verir ki, erməninin bu xidmətləri heç də ucuz deyilmiş, lakin tələbat böyük olub.

Belə ki, 52 yaşlı erməni evinin zirzəmisini həbsxana kamerasına çevirib.  O, həmişə Telegram və “Skype”la danışırmış. Özünü həbsxanadan çıxan avtoritet kimi görsətməyə çalışıb və xidmətlərini təklif edib.

“O, 100 dollara təntənəli şəkildə bir insanı “dəqiq oğlan (“четким пацаном”) elan edirmiş, 500 dollara isə kimi isə “can atan” “Стремяга – oğruların ideologiyasını dərk etməyə can atan) adlandırırmış.

200-700 dollara isə erməni kiməsə “siçovul” (“крыса”) və ya “yaramaz” (“подлец”) adlarını verirmiş.

Ən bahalı xidmət “qanuni oğru” tacı olub. Bunun üçün icazə almaq üçün müştərilər beş min avro pul ödəyirmişlər.

Jurnalistlər fırıldaqçının ən çox Krım, Şimali Qafqaz və Kubanda yaşayan gəncləri və taksi sürücülərini aldatdığını üzə çıxarıblar.

Tarix: 2-06-2020, 15:43
Xəbəri paylaş



Xəbər lenti