Çexiya vətəndaşları iyundan etibarən Avropa ölkələrinə səfər edə biləcəklər.
Cebhe.info xəbər verir ki, 15 iyundan etibarən Çexiyada xarici səfərlərə olan qadağa götürülür. Bu barədə Səhiyyə naziri Adam Voytex bildirib.
Çexiya vətəndaşları ölkələrinə qayıtdıqdan sonra koronavirusa görə test də verməyəck. Hökumət belə qərar qəbul edib. Qərara əsasən, təhlükəsiz hesab edilən ölkələrin siyahısı hazırlanıb. Bura Almaniya, Avstriya, İsveçrə, Finlandiya, İslandiya, Rumıniya, Bolqarıstan, Kipr, Macarıstan, Slovakiya, Sloveniya, Baltik ölkələridir. Təhlükəli ölkələr siyahısında Britaniya, İsveç var. Ancaq bu ölkələrə də səfər qadağası görüləcək. İstisna ancaq həmin ölkələrdən qayıtdıqdan sonra koronavirusa görə test verilməsinin məcburiliyidir.