Tsvi Ceffri
“Jerusalem Post”, 01.06.2020
“Financial Times” qəzetinin yazdığına görə, aprel ayında İranın İsrailin su təchizatı sistemlərinə kiberhücumunun nisbətən zərərsiz olduğu düşünülsə də, təmizlənmiş suya əlavə olunan xlorun miqdarı artıq ola bilər.
Hücum isti mövsümün ortasında on minlərlə mülki şəxsin və təsərrüfatın susuz qalması ehtimalı yaradıb, çünki artıq xlor aşkar edildikdə, nasos stansiyasının fəaliyyəti dayandırılıb.
Bir qərb səlahiyyətlisi “Financial Times” qəzetinə açıqlamasında bildirib ki, ən pis vəziyyətdə yüzlərlə insan xəstələnmə riski ilə üzləşəcək: “Bu, İsraildə əvvəlcə düşünüləndən daha mürəkkəb məsələdir. İranlılar uğur qazanmağa yaxın idi və onların niyə buna müvəffəq olmadığı hələ tam aydın deyil”.
“Biz 2020-ci ilin aprelini müasir kiberhücum tarixində mühüm an olaraq xatırlayacağıq, – deyə Milli Kibertəhlükəsizlik Xidmətinin rəisi Yigal Unna bildirib. – Bu əməliyyat uğurlu olsaydı… indi koronavirus böhranı dövründə mülki əhaliyə çox böyük ziyan dəyəcək, su çatışmazlığı ilə üzləşərdik”.
Unna qeyd edib ki, müxtəlif kimyəvi maddələrin su ilə səhv nisbətdə qarışdırılmasına “hack” səbəb ola, son nəticə isə “fəlakətli ola bilər”.
Hücumda birbaşa İranı günahlandırmaqdan çəkinərkən Unna hücumun arxasında təkcə kibercinayətkarların deyil, düşmən bir dövlətin dayandığını açıqlayıb.
İsrail rəsmisi “Financial Times” qəzetinə deyib ki, hücum həm İran, həm də İsrail tərəfindən indiyədək çəkinilən, mülki infrastruktura kiberhücumlar üçün bir presedent yaradan “gözlənilməz risk ssenarisi” doğurub.
İran hücumda barmağı olması iddialarını rədd edib.
Qərbli rəsmi deyib: “İran İsrail vətəndaşlarını zəhərləmək cəhdini etiraz edə bilməz. Hətta İran bunu boynuna alsa, israillilər ona necə cavab verməlidir? Bizim şübhəmiz odur ki, israillilər ABŞ-dan daha çox pul istəyir və bu hadisəni istismar edirlər. Lakin amerikalılar da axmaq deyillər”.
“Financial Times”-ın məqaləsində İsrailin İrandakı Şəhid Rəcai limanına həmlə edərək kiberhücumun qisasını aldığı iddia olunur: “O, kiçik, çox kiçik idi, qapını taqqıldatmaq kimi. Bu, incə öyüd-nəsihət idi. Yəni, elə bilməyin hər şeydən qafilik”.
Keçmiş müdafiə naziri Naftali Bennett iddia edilən İran kiberhücumuna görünən təpki verməkdə israrçı olub. Şəhid Rəcai limanı Bennettə təqdim olunan potensial hədəflərin ortasında imiş: “İstənilən cavab iqtisadi olacaqdı, heç kimin təhlükəsizliyi təhdidə məruz qalmayacaqdı, yalnız xatırlatma: “buradayıq, sizi izləyirik””.
Mayın 11-də Limanlar və Dəniz Təşkilatının (PMO) icraçı direktoru Məhəmməd Rastad Şəhid Rəcai limanında kiberhücumun bir sıra özəl sistemlərə zərər verdiyini açıqlayıb. “Fars” İnformasiya Agentliyinə açıqlamasında o, hücumun xarici bir qurum tərəfindən həyata keçirildiyini təsdiqləyib.
ABŞ və xarici hökumət rəsmiləri “The Washington Post” qəzetinə bölgədəki nəqlin dayandığını və bir neçə gün problemlərin yerində saydığını bildiriblər.
Ötən may ayında İsrailin təhlükəsizlik kabineti aprelin 24-də baş vermiş İsrail su və kanalizasiya qurğularına kiberhücumu müzakirə etmək üçün bir araya gəlib. “New York Times”-ın yazdığına görə, həmlə İsrailin mərkəzi Şaron bölgəsindəki bir bələdiyyə su sistemində nasosun işini dayandırmasına səbəb olub. Əməliyyat qısa müddətdən sonra yenidən təkrarlanıb, ancaq müstəsna hal olaraq qeydə alınıb.
Hadisəni araşdıran təhlükəsizlik şirkəti zərərli proqramı aşkarlayıb və hadisənin mahiyyətini İsrail Milli Kibertəhlükəsizlik Xidmətinə, digər xüsusi xidmət orqanlarına çatdırıb. İsrail səlahiyyətliləri zərərli proqramın İran İnqilab Keşikçiləri Korpusundakı (İİKK) mənbəyə bağlılığını təsbit ediblər. “The New York Times”-ın məlumatına görə, hücum qeyri-kəşfiyyatçılar tərəfindən həyata keçirilib.
Qərb rəsmisi “Financial Times”-a xəbərdarlıq edib ki, hər iki hücumun nisbətən zərərsiz olmasına baxmayaraq, “bu məsələyə xitam verilməyib”.
Bir kəşfiyyat rəsmisi İsrailin İran limana hücumunun hazırkı kiber mübadilədə son hadisə olacağına ümid etdiyini söyləsə də, İİKK-nın İsrailə qarşı başqa bir kiberhücumula cavab verə biləcəyi istisna olunmur.
İsrailin təhlükəsizlik rəsmiləri həssas obyektlərə və milli infrastrukturlara İran və ya İran tərəfdarı qrupun mümkün kiberhücumu ilə əlaqədar sayıqlığı artırmağı tapşırıb.
2 həftə əvvəl başqa bir kiberhücum zamanı eyni hostinq xidmətində yerləşən yüzlərlə İsrail veb saytı hədəfə alınıb, həmin veb saytlara anti-İsrail videomesajları qoyulub. Eyni gündə həyata keçirilən 2-ci hücum zamanı istehsal xətlərini bağlamaq cəhdi ilə fabriklər hədəfə alınıb. “Kanal 12”-nin xəbərinə görə, yeni koronavirus üçün peyvənd üzərində işləyən İsrail tədqiqat mərkəzləri də eyni gündə kiberhücumun hədəfinə çevrilib.
Ötən həftədən etibarən İsrail saytlarında kiberhücumun arxasında İranın dayandığına dair heç bir məlumat yox idi. Kibermühafizə firması olan “Checkpoint Software Technologies”-dən “The Jerusalem Post”-a bildirilib ki, hücum aprel ayında, 9 bədəməl tərəfindən həyata keçirilib. Profilləri onların Türkiyə, Şimali Afrika və Qəzza zolağına bağlı olduğunu göstərir: “Bu, onlar haqqında çox şey demir və hazırkı mərhələdə əməliyyatın İranla bağlılığının təsdiqlənməsi üçün kifayət deyil”.
Yoxlama-nəzarət qurumu izah edib ki, kiberhücumlar qeyri-adi sayılmamalıdır və demək olar ki, hər gün baş verir. Hücumlar Qüds günü xüsusilə çoxalır, müsəlman dünyasından olan hakerlər İsrailə çoxsaylı həmlələr edirlər.
Tərcümə: Strateq.az