Kiprin ardınca daha bir ölkə xəstəxanada COVID-19-a yoluxan xəstə qalmadığını elan edib. Cebhe.info xəbər verir ki, Avropada yerləşən Monteneqroda artıq sonuncu xəstə də xəstəxanadan evə buraxılıb. Ümumiyyətlə isə ölkədə 324 nəfər yoluxub ki, onlardan 9-u vəfat edib. 315 xəstə isə sağalaraq evə buraxılıb. Ölkə son xəstənin də artıq evə göndərildiyi və yeni yoluxmanın qeydə alınmadığını bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Monteneqronun göstəricisi sıfırlanıb.
Ümumilikdə isə nəticəsi sıfırlanan ölkələr bunlardır: Sent-Bartelemi, Folklend Adaları, Qrelandiya, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Şərqi Timor, Kamboca və Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Qrinland, Seyşel Adaları, Makao- Müqəddəs Kitts və Nevis və Trinidad, Müqəddəs Lüsiya, Tobaqo.
ÜST-ün məlumatına görə, dünyada 5,5 milyon insan virusa yoluxub.