Serbiya qapılarını xarici turistlərə açdı – Avropada bir ilk


Serbiya istənilən xarici ölkə vətəndaşının və öz sakinlərinin mayın 22-dən etibarən koronavirus testlərindən keçmədən ərazisinə girməsinə icazə verib.

RTS kanalı xəbər verir ki, onlar 14 günlük karantin keçmədən respublika ərazisinə daxil ola biləcəklər.

Ölkənin Tikinti, Nəqliyyat və İnfrastruktur naziri Zorana Mixayloviç iki aylıq fasilədən sonra uçuşları bərpa etmə barədə açıqlama verərkən bu barədə danışıb:

“Koronavirus testləri və 14 günlük karantin olmadan ölkəyə girişə icazə veriləcək. Bu gün hökumətin iclası olacaq. Görüşdə koronavirusla mübarizə operativ qərargahının təklifi ilə sabah Serbiya və digər ölkələrin vətəndaşlarının testdən keçmədən və təcrid olunmadan ölkəyə daxil olmalarına qərar veriləcək. Onlar yalnız şəxsi məsuliyyət daşıyırlar”.

Zorana Mixayloviç bildirib ki, milli aviadaşıyıcı “Air Serbia” mayın 21-də Avropa aviaşirkətləri arasında ilk olaraq kommersiya sərnişin reyslərini bərpa edib: “Biz uçuşlara başlayan ilk Avropa aviaşirkətlərindən biriyik. Bu, yalnız bizdən asılı olsaydı, uçuşlara bir ay əvvəldən başlayacaqdıq”.

oxu.az

Tarix: 25-05-2020, 07:23
Xəbəri paylaş



Xəbər lenti