Paşinyanın “gəmisi” batır - Sorosçular “göyərtə”ni tərk edir

 

Ermənistanın baş naziri üçün gerisayım başlayıb, tərəfdarlarla da konflikt böyüyür - səbəb; parlamentdə çevriliş küləkləri əsir...

İşğalçı Ermənistanda daxili ictimai-siyasi ab-hava get-gedə qızışır. Bu, heç də yayın yaxınlaşması ilə bağlı deyil. Koronavirus pandemiyası isə proseslərdə katalizator rolu oynamaqdadır.

Məsələ ondadır ki, 2018-ci ilin 8 may “məxməri inqilab”ından kifayət qədər vaxt keçib və Nikol Paşinyanı iqtidar edən kütlə ondan real nəticə tələb edir. Nəticə isə faktiki yoxdur. Daha doğrusu, nəticə elə nəticəsizlikdir. Bu səbəbdən ölkənin yeni baş naziri və rəhbəri Nikol Paşinyanın populist, “gümrahlaşdırıcı” bəyanatları daha işə yaramır. Cəmiyət onlardan “doyub”. Bunu indi baş nazirin ən yaxın ətrafı da anlamağa və çıxış yolu axtarmağa başlayıb - həm də Paşinyanın olmadığı çıxış yolu...           

*****

“Ermənistanı düşdüyü humanitar böhrandan, mürəkkəb vəziyyətdən çıxarmaq üçün bütün qüvvələri birləşdirəcək yeni antiböhran hökumətinin yaradılmasına ehtiyac var”.

Artur Vanesyan istefa verib - Report.az

Artur Vanesyan

Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, general Artur Vanesyan deyib. Onun sözlərinə görə, koronavirusun sürətlə yayılması iqtisadi inkişafın azalmasına və sosial gərginliyin artmasına səbəb olub: “Bu isə ölkəmiz üçün ciddi təhlükə vəd edir”.

Qeyd edək ki, Vanetsyan Rusiyanın siyasi isteblişmentinə və təhlükəsizlik xidmətlərinə bağlı şəxs, həmçinin Nikol Paşinyanı əvəzləyəcək alternativlərdən biri sayılır. Onun az öncə partiya yaratmağa hazırlaşdığı haqda xəbər də yayılıb. 

“Ermənistanda 2018-ci il inqilabı Qərbin təlimatı əsasında baş verib - özəlliklə o məqsədlə ki, yoxsulluq aradan qalxsın və ölkə daha demokratik olsun. Amma belə oldu ki, kimsə ön plana çıxdı və 20 ilin bütün nailiyyətlərini məhv eləməyə başladı”.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə özünün Facebook səhifəsində erməni politoloq Vaan İşxanyan yazıb. Onun  sözlərinə görə, inqilabdan “iki dağıdıcı il” keçsə də, hələ ki, geniş xalq kütlələrinə Paşinyan hakimiyyətinin mahiyyəti tam çatmayıb. “Paşinyanın heç nəyi yoxdur, ancaq hələ də tərəfdarları qalır. Halbuki ölkə indi həm də epidemiya girdabındadır. Nikolun axmaqlığı Ermənistana baha başa gələcək. Ölkə elə bir vəziyyətə gələ bilər ki, bir nəfər də burda qalmaz ” - İşxanyan yazıb.

“İrates” erməni qəzeti isə xəbər verir ki, Sorosçular Nikol Paşinyandan çox narazıdır və artıq bunu heç gizlətmirlər də: “Ona görə ki, o, hələ inqilab zamanı əldə olunmuş anlaşmaları yerinə yetirmir, həmçinin bu anlaşmaların ”irəliləməsi"nə əngəl yaradır.

Sorosçular hesab edirlər ki, Nikol Paşinyan bunu strateji müttəfiq Rusiyaya xoş gəlmək üçün edir. Gerçəkdə isə o, sadəcə, hakimiyyət monopoliyasından ehtiyatlanaraq, Sorosçulara kart-blanş vermək istəmir. Sorosçulara görə, Nikol onları küncə sıxmaqla öz sahiblərindən daha böyük dəstək almağa çalışır - o cümlədən də Qarabağ məsələsində. Onu da deyirlər ki, Paşinyanla Sorosçular arasında çəkişmənin ən mühüm səbəbi odur ki, sonuncular artıq Nikolun iflas olacağını hiss edirlər və o səbəbdən heç kim onunla birgə batmaq istəmir".

*****

Pashinian Reappointed Armenian PM After Securing Parliament Majority

Bu arada Paşinyanın parlamentdə əksəriyyət təşkil edən tərəfdarları - “Mənim addımım” blokunun üzvləri arasında da baş nazirə qarşı etimadsızlığın yavaş-yavaş gücləndiyi müşahidə olunur. Erməni mediası yazır ki, parlamentdəki son insidentdən (deputatlar arasında əlbəyaxa davadan) sonra “müəyyən yol qət eləmiş” deputatlar Mikol Paşinyana əsla etimad bəsləmirlər.

“Fraksiyada güclü gərginlik hökm sürür. Baş nazirin proqnoz edilməmək xüsusiyyəti isə hamını qıcıqlandırmağa və narahat eləməyə başlayıb. Məyus olanlar çoxdur və onlar Paşinyanın situasiyanın öhdəsindın gələ biləcəyinə ciddi şəkildə şübhə edirlər. Ya da tarıma çəkilmiş əsəblər növbəti qarşıdurmaya gətirəcək”, - deyə həmin “İrates” nəşri vurğulayıb. Qəzet ardınca daha maraqlı bir məqamdan yazıb: “Üstəlik, parlament kuluarlarında pıçıldaşmalar olur ki, günün birində onların yeni baş naziri seçəcəkləri də istisna deyil”.

Pashinyan will have his government program as prime minister ...

Edmon Marukyan

Nəşrin ehtimalına görə, Nikol məhz bu səbəbdən hökumət daxilində “gömrük rəsmiləşməsi” aparmağa çalışır, xüsusən də Tiqran Avinyanın (baş nazirin müavini) ətrafında. “Parlamentdə artıq baş nazir - Marukyan və ya baş nazir Avinyan variantı müzakirə edilir”, - deyə qəzet sonda əlavə edib.

Arminfo: Tigran Avinyan: Germany is one of the important partners ...

Tiqran Avinyan

*****

Qeyd edək ki, parlament çoxluğunu yeni baş naziri seçə biləcəyi və hətta ardınca erkən parlament seçkilərinə gedəcəyi barədə vaxtaşırı məlumatlar yayılır. Bir sıra yerli təhlilçilərə görə, indiki qanunverici orqan həqiqətən də keçid parlamenti kimi tarixə düşə bilər. Ona görə ki, oradakı çoxluğa qarşı cəmiyyətdə etimad səviyyəsi Nikol Paşinyana olan etimad səviyyəsi ilə düz mütənasibdir. Hələ də özünü “qərbçi” kimi aparan Nikol Paşinyan isə hakimiyyətdə olduğu iki ildə narazı kütləyə verdiyi əsas vədləri, o cümlədən Ermənistanı tədricən Rusiya orbitindən uzaqlaşdırmaqla bağlı vədini yerinə yetirməyib. Yaxud buna gücü və cəsarəti çatmayıb. İstənilən halda, “məxməri” baş nazir üçün gerisayım artıq başlayıb...  

Analitik xidmət

Tarix: 23-05-2020, 23:12
Xəbəri paylaş



Xəbər lenti