“Sorosun adamları Ermənistanın Baş naziri Paşinyandan çox narazıdırlar və artıq bunu gizlətmirlər. Çünki o, inqilab zamanı əldə olunan razılaşmaları yerinə yetirmir, sorosçuların irəliləməsini məhdudlaşdırır və buna maneə törədir”.
Moderator.az xəbər verir ki, bu fikri işğalçı ölkənin “İrates" qəzeti yazır.
Sorosçular hesab edirlər ki, Nikol Paşinyan bunu işğalçı ölkənin strateji müttəfiqi olan Rusiyanı məmnun etmək üçün edir. Amma əslində Paşinyan, sadəcə, hakimiyyətin inhisara alınmasından qorxaraq Sorosun adamlarına kart-blanş vermək istəmir.
"Sorosçular da inanırlar ki, onları dalana dirəməklə Nikol öz sahiblərindən, o cümlədən Qarabağ məsələsində daha çox dəstək almağa çalışır. Nikolun son mətbuat konfransında sitat gətirdiyi Dövlət Departamentinin əməkdaşı çox aşağı" rütbəyə "malikdir. Yəni onun Lavrovla fikir ayrılığının ATƏT-in amerikalı həmsədrinin yanaşması olduğunu bildirmək doğru deyil...
Paşinyanla fikir ayrılığının ən başlıca səbəbi Sorosun adamlarının Nikolun “batacağı”nı bilməsi və heç kimin onunla birgə “boğulmaq” istəməməsidir”- deyə qəzet yazır.