Albaniya Prezidenti İlir Metanın həyat yoldaşı Monika Krimadi Tiranada Milli Teatrın sökülməsi ilə bağlı keçirilən etiraz aksiyasında hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Albanian Daily News” nəşri məlumat yayıb.
Bildirilib ki, bazar günü səhər şəhər sakinləri sözügedən teatrın sökülməsinə qarşı çıxaraq tikilini mühasirəyə alıblar. Etirazçılar arasında Albaniya prezidentinin həyat yoldaşı, parlament üzvü və Sosialist Partiyasının lideri Monika Krimadi də olub. Etirazçıların cəhdinə baxmayaraq teatr binası dağıdılıb.Aksiya zamanı ölkənin birinci xanımı da daxil olmaqla bir neçə etirazçı polis tərəfindən saxlanılıb.
Nəşrin məlumatına görə, Monika Krimadi artıq sərbəst buraxılıb. Xatırladaq ki, 2018-ci ildə ölkənin Baş naziri Edi Rama 1939-cu ildə inşa edilmiş binanın yerində yeni, müasir teatr ucaldılması məqsədilə qədim tikilinin sökülməsi ilə bağlı qərar imzalayıb.Baş nazirin bu qərarı paytaxt sakinlərinin narazılığına səbəb olmuşdu.
Tarix: 18-05-2020, 14:12