Mehmet Ali Güller
“Cumhuriyet” qəzeti, Türkiyə, 14 may 2020-ci il
AKP-nin Sərrac hökuməti ilə imzaladığı “Dənizlərdə yurisdiksiyanın məhdudlaşdırılması” müqaviləsinin tam olaraq həyata keçə bilməsi üçün öncəliklə Liviya, sonra isə Şərqi Ağ dəniz müstəvisində bəzi təkmilləşdirmə siyasətinin aparılması mühümdür.
Liviya müstəvisi
Liviya məsələsində bu strateji gedişlərin olması əhəmiyyətlidir: ölkənin birliyi və bütövlüyü qorunub saxlanılmalı və Liviyanın ümumi idarəetmə sistemi Ərdoğan-Sərrac anlaşmasını tanımalıdır.
“Bölünmüş Liviya” xəritəsi bu müqaviləni mənasızlaşdırır. Çünki müqavilənin önəmli mövzusu sayılan Liviya sərhədi mərkəzi Trablus olan Sərrac bölgəsində yox, mərkəzi Tobruk olan Həftar bölgəsindədir…
Belə bir vəziyyətdə Sərrac hökuməti ya Liviyanın ümumi nəzarətini ələ almalı, ya da Ankara Trablusdan əlavə, Tobrukla da razılaşmalıdır. Qısa müddətdə bunların heç biri mümkün görsənmir. Çünki AKP hökuməti Liviya ilə bağlı xarici siyasətində, necə deyərlər, bütün yumurtaları eyni səbətə yığıb.
Şərqi Ağ dəniz müstəvisi
Bu bölgə üzrə əhəmiyyətli siyasi-strateji taktika belə olmalıdır: Türkiyənin Trablusdakı hökumətlə bağladığı “Dənizlərdə yurisdiksiyanın məhdudlaşdırılması” müqaviləsi eyni zamanda Şərqi Ağ dəniz bölgəsində yerləşən bir neçə ölkə ilə də bağlanmalıdır.
Çünki hələ 2 mart 2004-cü il tarixdə “ümumi yanaşma” elan etməsi baxımından bütün müvafiq sahilyanı dövlətlər arasındakı müqavilələr vasitəsilə dəniz yurisdiksiyalarının müəyyən edilməsi şərtdir.
Bu, həm hüquqi cəhətdən, həm də Şərqi Ağ dəniz bölgəsinin coğrafi strategiyası baxımından məcburiyyətdir. Bu xəritədə ediləcək ikitərəfli “dəniz yurisdiksiyasını məhdudlaşdıran” saziş kəsişdiyi üçün, ən azı, üçüncü bir ölkənin də maraqlarını cəlb edir.
Bu səbəblə, Türkiyənin Trablus hökuməti ilə bağladığı müqavilə, əslində bütöv bir Liviya ilə bağlanmış müqavilə səviyyəsinə qaldırılmasının xaricində, həm də Şərqi Ağ dəniz bölgəsindəki sahilyanı ölkələrlə də bağlanaraq daha da qüvvətləndirilməlidir.
Admiralların bu məsələyə münasibəti
Bu məsələlərlə bağlı mövzunun Türkiyədə iki mütəxəssisi var: sabiq vitse-admiral Cem Gürdeniz və vitse-admiral Cihat Yaycı.
Cem Gürdənizin bu məsələ barədəki fikirlərini hələ rəhbərlik etdiyi “Deniz Mecmuası” adlı jurnalının nəşriyyat evində görüşərkən onunla etdiyimiz söhbətlərdən bilirəm. Cihat Yaycının mövzuya münasibətini isə “Şərqi Ağ dənizi bölüşmək mübarizəsi və Türkiyə” adlı kitabından bilirəm.
Türkiyə Trablusda bağladığı müqavilənin bənzərini Şərqi Ağ dəniz ölkələrindən, ən azı, ikisi ilə də bağlamalıdır!
Vitse-admiral Cem Gürdəniz hətta bu müqavilənin xəritəsini də öz kitabında qeyd edib. 43-cü səhifədə “CKRD-nin (Cənubi Kipr Rum Dövləti) İsrailin haqqını qəsb etdiyi dəniz sahəsini göstərən xəritə”, 94-cü səhifədə “Türkiyə-İsrail: qarşılıqlı sahilləri göstərən xəritə”, 166-cı səhifədə “Türkiyə-İsrail, Türkiyə-Liviya materiklərinin qarşılıqlı sahillərini göstərən xəritə” və 168-ci səhifədə də “İsrailin Türkiyə ilə bağlayacağı müqavilə ilə qazanacağı zonanı göstərən xəritə” olaraq qeyd edilib.
Yenə səhifə 103-də “Türkiyə-Livan: qarşılıqlı sahilləri göstərən xəritə” də var.
Beləliklə, bu məsələnin mütəxəssisləri Trablus hökuməti ilə yanaşı, həm də Türkiyənin Livan və İsraillə də bənzər müqaviləni bağlamağının şərt olduğunu qeyd edir. Çünki bu iki ölkənin də CKRD-nin yerinə Türkiyə ilə anlaşacağı təqdirdə, daha çox ərazi qazanacağı məlumdur.
İsrailin yaşıl işığı
Elə isə belə bir ehtimal ola bilərmi? Xüsusilə verilən iki mesaj bu ehtimalın ola biləcəyini göstərir:
1. Misir, BƏƏ, Yunanıstan, CKRD və Fransa 11 may tarixində ortaq Şərqi Ağ dənizlə bağlı açıqlama yayayaraq, üç mövzuda Türkiyəni hədəf aldı:
a) CKRD-nin xüsusi iqtisadi bölgəsində təxribat törətməkdə;
b) Yunanıstanın hava sərhədini pozmaqda;
c) Liviyada göstərdiyi qətiyyətə görə;
Ancaq İsrail, onlardan fərqli olaraq, bu beşliyə daxil olmadı və bağlanan müqaviləni imzalamadı.
2.Cümhuriyyət qəzetindən Birol Gügerin belə bir xəbəri var idi: “İsrail dövləti bir gün sonra rəsmi tvitter hesabından Türkiyəyə belə bir mesaj göndərdi: “Türkiyə ilə aramızdakı diplomatik münasibətlərdən qürur duyuruq. Bu münasibətlərin gələcəkdə daha da güclənəcəyini ümid edirik””.
İki yanaşma da sürpriz sayılmaz. Çünki İsrail Şərqi Ağdənizdə “Yishai” qaz sahəsi ilə CKRD-nin elan etdiyi ərazilərdə yer tutan “Afrodit” qaz sahəsinin sərhədlərinin üst-üstə düşdüyünü bildirərək, bölgədəki sahə böyütmə fəaliyyətlərinə 10 dekabr 2019-cu ildə öz etirazını bildirmişdi. Bu xəbərdən cəmi iki gün sonra İsrailin mətbu orqanı sayılan “KAN” israilli rəsmilərin “müzakirəyə açacağıq” mesajı verdiyini yayımlamışdı.
Cəbhəni daraltmaq
Trablusda razılaşma imzalanandan bəri deyirik: Türkiyə Trablusa hərbi qüvvə yerinə, Qahirə və Təl-Əvivə diplomat göndərməlidir.
Şərqi Ağ dənizdə maraqların ən yüksək səviyyədə qoruna bilməsi üçün Türkiyənin sadəcə İsrail və Livanla yox, həm də Misir və xüsusilə Suriya ilə razılaşması vacib amildir.
Beləliklə də, Şərqi Ağ dəniz bölgəsində yaradılan böyük cəbhə yarılmış, Fransa-Yunanıstan-CKRD ittifaqı üçün ərazi daralmış olar.
Tərcümə Strateq.az-ındır.