İranın Qərbi Aərbaycan əyalətində koronavirusa yoluxanların sayı 3660 nəfərə çatıb.
GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, Qərbi Azərbaycan Tibb Elmləri Universitetinin rektoru Cavad Ağazadə mediaya açıqlamasında deyib ki, əyalətdə koronavirusa yoluxanların sayı kəskin artıb: “Son bir gün ərzində “Covid-19” virusu daşıyıcısı olmaqda şübhəli bilinən 423 nəfərdən test nümumələri götürülüb və həmin şəxslər arasında 81 nəfərinin test analizlərinin cavabı müsbət çıxıb. Bununla da, Qərbi Azərbaycanda koronavirus xəstəliyinə yoluxanların sayı artaraq 3660 nəfərə çatıb. Xoşbəxtlikdən xəstəlikdən sağalanların sayı da artaraq, 1595 nəfərə yüksəlib. İnfeksiyaya ən çox yoluxma halları isə Urmiya, Xoy və Qoşaçay şəhərlərinə məxsusdur”.
Rektor əhalini diqqətli olmağa çağırıb: “Xəstəliyin yayılmasını qarşısını almaq üçün vətəndaşlar gigiyena qaydalarına riayət etməli, sosial məsafə qaydalarına ciddi yanaşmalı və qeyri-zəruri vaxtlarda evdən çıxmaqdan çəkinməlidirlər”.