Hakim partiya Paşinyanı devirir


Hakim partiya Paşinyanı devirir

May 8-də Ermənistan Milli Məclisində deputatlar arasında düşən dava Nikol Paşinyanın baş nazir vəzifəsini itirməsi ilə nəticələnə bilər.

Buna səbəb hakim “Mənim addımım” fraksiyasının deputatları arasında Paşinyanın nüfuzdan düşməsidir. Onun yerinə isə ən real namizəd kimi baş nazirin müavini Tiqran Avinyanın və müxalif Parlaq Ermənistan Partiyasının sədri Edmon Marukyanın adları çəkilir. Qeyd edək ki, Parlaq Ermənistan Partiyasının parlament fraksiyasının rəhbəri Edmon Marukyanın çıxışı zamanı “Mənim Addımım” fraksiyasının deputatı Sasun Mikaelyan onun sözünü kəsərək oturduğu yerdən ona söz atıb. Edmon Marukyan çıxışını yarıda saxlayaraq kürsüdən düşüb və bu zaman Mikaelyan yerindən qalxaraq onun üzərinə hücum edib. Bundan sonra davaya digər deputatlar da qarışıb.

Cebhe.info xəbər verir ki, "İrates" qəzeti parlamentdəki son hadisədən sonra "Mənim addımım" blokunun deputatları Paşinyana tamamilə inanmadığını yazır. Fraksiya içində böyük bir gərginlik hökm sürür, Paşinyanın gələcəyi görə bilməməsi hamını əsəbiləşdirməyə və narahat etməyə başlayıb. Çoxları məyus oldu və onun bu vəziyyətin öhdəsindən gələ biləcəyinə şübhə etdilər. Yoxsa gərilmiş əsəblər yenidən alovlanmaya gətirib çıxaracaq.

“Üstəlik, parlamentdə pıçıldayırlar və istisna etmirlər ki, ayılıb yeni baş nazirlərinin olduğunu və onu özlərinin seçdiyini görə bilərlər. Bu, Nikolun hökumətdə, xüsusən Tiqran Avinyanın ətrafında “gömrük qeydiyyatı” aparmağa çalışması ilə bağlıdır. Deputatların iradəli davranışı, xüsusilə həlak olmuş əsgərin atası, “Mənim addımım” fraksiyasının nüfuzlu üzvü Vardan Aqabekyanın öz mandatını verməməsi Paşinyanın “qüdrətli” mifini gözdən saldı. Parlament artıq Marukyanın yoxsa Avinyanın baş nazir seçilməsini müzakirə edir”,-adıçəkilən qəzet belə yazır.

Tarix: 15-05-2020, 23:20
Xəbəri paylaş



Xəbər lenti