Lukaşenkodan virus haqqında daha bir açıqlama


Aleksandr Lukaşenko

Belarus prezidenti Alerksandr Lukaşenko koronavirusla bağlı çoxsaylı sualları cavablandırmalı olur. Təsadüfi deyil, məhz bu ölkə karantin rejimindən imtina etməsiylə xüsusi fərqlənənlərdəndir.


Bizimyol.info xəbər verir ki, Lukaşenko virusla bağlı düz siyasət yürütdüklərini növbəti dəfə təkrarlayıb. Onun dediyindən belə anlaşılır ki, Belarusda heç vaxt karantin rejimi tətbiq olunmayacaq.

“Yetərincə yoluxan var. Demirik ki, hər şey əladır. Amma dözmək olar”, - dövlət başçısı fikrini belə ifadə edib.

Lukaşenko virusla mübarizə üsulunun bəhrəsini gördüklərini söyləyib: “Bu metoddan başqa dövlətlər də istifadə etməyə başlayıb. Avropa ölkələrinə baxın: yavaş-yavaş açırlar, iqtisadiyyat işləməyə başlayır, bu isə milyonlarla insan deməkdir”.

Lukaşenko həmin dövlətlərdə Belarusla müqayisədə ölüm göstəricilərinin dəfələrlə çox olmasına da diqqət çəkib.

Belarusda koronavirusa yoluxanların sayı 24 minə çatıb. Cəmi 135 nəfər infeksiyadan həyatını itirib. Lukaşenko ən ağır dönəmlərdə belə, karantin rejiminin tətbiqini yaxına buraxmayıb. Prezident iqtisadi amilləri əsas arqument kimi göstərir.

Tarix: 13-05-2020, 11:33
Xəbəri paylaş



Xəbər lenti