“DƏRİN DÖVƏT”in “WALL STREET”-ə HÜCUMU NƏ İLƏ YEKUNLAŞACAQ? –Yeni dövrün şifrəsi "Rusiya"dır - ARAŞDIRMA


Ərgün Dilər

“Takvim”, Türkiyə, 12 may 2020-ci il

 

Gəlin, gedən böyük savaşı anlamaq üçün bu gün də Amerikanın daxilindən irəliləyək. Orada gedən döyüş bütün paytaxtlarda – Moskva, London, Paris, Roma, Berlin, Pekin  Ankarada da gedir. Oradakı bitirici savaş, demək olar ki, hər yerdə gedir. Müxtəlif oyunçuların eyni düşərgələr üçün apardığı mübarizə bütün sürətilə davam etməkdədir.

İki il öncəyə, elə də çox xatırlamadığımız bir hadisəyə gedək. Prezident Donald Tramp Obama dövrünün MKİ direktoru olan Con Brennanın gizli sənədlərə giriş iznini ləğv etdi. Bu, tez-tez baş verən bir hadisə deyildi. Amma oldu. Əsas kimi də, Brennanın bu səlahiyyətdən dəlilsiz və cürətkar ittiham hazırlamaq üçün istifadə etməsi göstərildi. Məsələn, Brennan, Trampın Putinlə Finlandiyadakı görüşündən sonra verdiyi şərhdə “Xainlikdən fərqi yoxdur” ifadəsini işlətmişdi.

FTX-nin sabiq rəhbəri Ceyms Komi, Milli Kəşfiyyat Şurasının sabiq sədri Ceyms Klepper, MKİ-nin sabiq direktoru Maykl Heyden, sabiq Milli təhlükəsizlik müşaviri Syuzan Rays kimi şəxslərə də eyni kontekstdə baxılırdı. Nə üçün? Çünki hamısı demokrat Obama ilə birgə işləmişdi.

Məsələni bir az da açaq, keçmişə də baxaraq anladaq. Ötən həftə çıxan “The Economist”-in üz qabığından irəliləyək. Hazırda Main Street” Wall Street arasında gedən mübarizə yeni deyildir. İndi sadəcə koronavirus pandemiyasını anlamaq, böyük savaşın kodlarını açmaq üçün yaddaşımızı bir daha təzələyək.

Ata və oğul Buş “Main Street”-i müdafiə edərkən, ABŞ-ın güclü olması üçün bu küçənin önəmini gizlətməzdi. Bill Klintonla Barak Obama isə “Wall Street” nə qədər güclü olarsa, Vaşinqtonun supergec kimi mövqeyinin də o qədər güclü olacağına inanırdı.

Respublikaçılarla demokratların əsas fərqi bu idi. Bu, nəzərə alınarsa, respublikaçılarla demokratların ideologiyasını anlamaq da rahat olar.

2000-ci ildə “Main Street” və “Wall Street” arasında münaqişə başladı. Ardınca böyük əməliyyat olan “Əkiz qüllələr”ə hücumu gördük. Dünya rəsmən sarsılırdı. Kimsə nə baş verdiyini bilmir, anlamırdı. Halbuki ABŞ daxilində “dünya müharibəsi” başlamışdı. Oraya sığmayacağı üçün də Əfqanıstana, İraqa qədər yayılmışdı. Xatırlayırsınızsa, bizə də təsir etmişdi.

2008-ci ildə bu iki küçənin münaqişəsi yenə ortaya çıxdı. Gərginlik yenə artdı. Nəticə verməsi çox çəkmədi. 2009-ci ildə “Mortgage” sarsıntısı dünyanı iqtisadi böhrana sürüklədi. Böhranın ABŞ daxilində baş verməsinə rəğmən, ondan zərər görənlərin önəmli hissəsi xaricdə olanlar idi. Bir çox bank batdı. 150 illik div olan Lehman Brothers bankı iflas etdiyini açıqladı. Wall Street” ən böyük zərbəsini aldı.

Bunlar görünməyən böyük döyüşün nəticələri idi. Kimsə anlamırdı. ABŞ-dakı böhranı onun böhranı kimi görürdülər.

Həftələrdir yazmağa çalışdığım kimi, məncə, indi böyük finalın tam ortasındayıq. Lap əvvəldən bu koronavirusun bir sağlıq problemi və təhdidi olduğuna inanmadım. Əlbəttə, xəstəxanalar dolub daşır, insanlar ölürdü. İtkilər böyük idi. Ancaq bu, Main Street-in “İstəyirsinizsə, savaşaq. Yüz milyonlarla insan ölsün” təhdidindən sonrakı variant idi. Və bu, həyata keçmişdi. Baxın, məlum olan ən böyük 3-cü qarşılaşmanı biz koronavirus pandemiyası olaraq görürük, yaşayırıq. 2001-ci ildə “Əkiz qüllərə”ə hücum, 2009-cu ildə iqtisadi böhran və 2020-ci ildə koronavirus pandemiyası və iqtisadi böhran…

Əlbəttə, Main Street”  “Wall Street” birlikdə çalışan zaman da işlər yalnış gedirdi. Doğrusu, savaşı da elə bu yanlışlıq gətirirdi.

Wall Street, onun işıqları yanılı saxlayan sərmayəsi və istehsalı fərdi sərmayəçilərə bağlıdır. Yəni, qlobalistlərin evidir.

Main Street” isə əmanət hesabından və ya bələdiyyə istiqraz təklifindən daha yaxşı bir gəlir əldə etmək üçün milyonlarla adamın bir araya gəldiyi, arxalarında, özləri bilməsə də, “DərinAmerika”nın olduğu evdir.

Wall Street” “Main Street”-ə,  ya da əksinə, “Main Street” “Wall Street”-ə ehtiyac duyardı. Artıq savaş başlayıb, biri qalib gələcək.

Bir milyon adamın öləcəyi proqnozlaşdırılırdı, artıq yüz minlərlə adam ölüb. Bu ehtimal azalsa da, hələ qalmaqdadır. Pulla gücün yenə bir tərəfdə toplanması üçün savaş başlayıb. Bəzi zamanlarda qlobal sərmayə qazanıb. Bu variant daima mövcuddur. Ancaq bu dəfə onlar üçün risk yüksəkdir.

O da var ki, qlobal sərmayənin gedəcəyi, iş adamlarının olmayacağı fərqli bir sistemin gələcəyi söhbət mövzusu deyildir. Bu səhvə yol verməmək də vacibdir. “Apple” yenə olacaq, “Mikrosoft” yenə böyük pullar qazanacaq. “Amazon” yenə hər evə mal paylayacaq. Yeni sistem sadəcə böyük iş adamlarının dəyişməsinə yol açacaq. Məsələn, “Forbes”-un siyahısında 554-cü olan bir iş adamı “Amazon”-nun sahibi olacaq. Tim Kuk təqaüdə çıxacaq, “Apple”-in yeni sahibi adını heç eşitmədiyiniz bir iş adamı olacaq.

Bu ehtimal üçün “Çətin!” deyənlər bir virusun “Stop!” etdirəcəyinə də inanmırdılar. Amma oldu.

Yeni bir plan hazırlandı. Bu günədək heç sınaqdan çıxarılmamışdı. “İspan qripi” laboratoriyada hazırlanmamışdı, ancaq bu, başqadır. İqtisadiyyatın nəticəsi çox məchul olan bir böhrana doğru irəliləyəcəyi məlum idi. Böyük bir çöküş planlaşdırılırdı. Elə də oldu.

Təbii ki, yenilənmənin necə olacağı, ələlxüsus da “Main Street”-lə “Wall Street”-ə gələcək kreditin mərkəzi önəmli idi. FES “Wall Street”-ə böyük dəstək verdi. Bir neçə gün öncə FES “Main Street”-ə də kredit dəstəyini artırdığını açıqladı. Ancaq FES “Wall Street”-ə verdiyi kreditin şərtləriylə bağlı uyğunluq tətbiq etdiyi halda, “Main Street”-ə veriləcək kreditin qarşılığında, demək olar ki, şirkətlərə ortaq olmaq istəyirdi. “Dərin Amerika” da Mayk Pens vasitəsilə bu planı pozdu. Həm də anında… FES-in bu addımının qarşısı alındı. Yəni, qlobal sərmayənin FES vasitəsiylə Main Street”-ə etdiyi hücum geri püskürdüldü.

“Dərin Amerika”nın əlində FES olmadığına görə, “Wall Street”-ə ya silahla, ya da FTX ilə hücum etməyi planlaşdırır. Məncə, silahlar sui-qəsdlərdə, FTX isə qlobal sərmayəçilərin həbs edilməsində istifadə olunacaq. Hansı alətin seçiləcəyini çox yaxında görəcəyik. Çox gözləməyəcəyik. Bəzi sui-qəsdlər artıq gerçəkləşib. FTX ilə MKİ arasında yaranmış səlahiyyət qarışıqlığının artması da ikinci ehtimalın gücləndiyini göstərir. Çünki MKİ daxilində hələ də qlobalistlər güclüdür. Gina Haspel “Dərin Amerika”nı təmsil etsə də, agentlərin önəmli bir hissəsi və əməliyyat qurumları qlobalistlərlə birlikdədir.

Tam elə bu nöqtədə başa dönək. Prezident Trampın Brennana mane olduğu gün savaşın ilk addımı atılmışdı. İndi nə olacağını yenə MKİ-nin sabiq direktoru Brennan vasitəsilə görəcəyik. İki küçədən biri gedəcək. Tək küçə, təkqütblü dünya deməkdir. İçində bizim də olduğumuz hər yer buna görə şəkillənəcək.

Kimin kim olduğunu anlamaq üçün Rusiya ilə bağlı gedən diskussiyalara baxın. Buradan irəliləsəniz, həm ABŞ-ın daxilini, həm də dünyanı anlarsınız. Bütün partiyaları, bütün siyasətçiləri daha aydın anlayarsınız. Şifrə “Rusiya”dır.

Tərcümə Strateq.az-ındır

Tarix: 13-05-2020, 11:07
Xəbəri paylaş



Xəbər lenti