Macar əsilli amerikalı milyarder Corc Soros bir sıra məsələlərlə bağlı açıqlama verib.
Cebhe.info xəbər verir ki, milyarder koronavirusu "həyatının böhranı" adlandırıb. O, Avropa İttifaqında birləşmə prosesinin heç vaxt bitməyəcəyini söyləyib: "Avropa İttifaqının fəaliyyətini davam etdirməsi mövzusunda narahatam, çünki o, əksik bir ittifaqdır. Səbəb yalnız bu deyil.
O, həm də hüququn aliliyinə dayanır, buna görə də müdafiəsizdir. İşləmə mexanizmləri yavaş, COVID-19 kimi təhdidlər isə sürətli hərəkət edir".