Çinlə mübarizəyə 12 milyard dollar ayrıldı: Koronavirus dönəminin ən böyük hərbi xərci...





Koronavirusun dünyanı əsaslı şəkildə dəyişəcəyi, yeni, humanist fikir və düşüncələrin reallaşması üçün daha geniş meydan açacağı ilə bağlı səslənən proqnozlar sabun köpüyü kimi yoxa çıxmaqda davam edir.

 

Moderator.az xəbər verir ki, bu günlərdə ABŞ “Çin təhlükəsi”ni önləmək üçün 12 milyard dollar məbləğində vəsait ayıracağını vurğulayıb. Belə ki, ABŞ-ın Hərbi Dəniz Qüvvələrində aparılan islahatlar nəticəsində 12 milyard dollar məbləğində vəsaitə qənaət olunacaq ki, Pentaqon bu vəsaitin hamısını Çinlə mübarizəyə sərf etməkdə israrlıdır.  ABŞ hərbi rəhbərliyi hesab edir ki, Çin son illər dəniz qüvvələrinin raket sistemlərini inkişaf etdirib ki, bu da Birləşmiş Ştatlar üçün real təhdiddir. Bu səbəbdən də ABŞ hərbi gəmilərin, eləcə də adalarındakı hərbi bazaların raket təchizatını daha da təkmiləşdirmək niyyətindədir. Amerika hərbi mütəxəssisləri hesab edir ki, yeni döyüş gəmiləri almaq və ya bu gəmilərin təkmilləşməsinə vəsait ayırmaqdansa,  raket texnologiyasını inkişafı etdirmək, onları düşmən gəmiləri üçün daha uzaq məsafədən hədəfə çevirmək daha məqsədəuyğundur.

 

Xatırladaq ki, ABŞ üçün Çin və Rusiya yenə də “ən böyük təhlükə” olaraq qalmaqdadır.

Tarix: 12-05-2020, 22:44
Xəbəri paylaş



Xəbər lenti