Lukaşenko bir aya virusa qalib gələcəklərinə söz verdi


Lukosenko-0-00-00-

Belarus Avropa ölkələri arasında İsveçlə yanaşı, karantin rejimi tətbiq etməkdən boyun qaçırmaqla fərqlənib.


Prezident Aleksandr Lukaşenko Ümumdünya Səhiyyə Təşkilatının təzyiqlərinə baxmayaraq, məhdudlaşdırmanı yaxına buraxmayıb.

Bizimyol.info xəbər verir ki, Belarus lideri növbəti dəfə düz yolda olduqlarını bildirib. “Biz öz yolumuzu seçmişik. İndi də əminəm ki, düz davranmışıq. Biz fövqəladə vəziyyət elan etmədik”, - Lukaşenko belə deyib.

Belarus prezidenti hər insan üçün mübarizə aparmaq lazım gəldiyini deyib. Onun fikrincə, ölkədə bunu etməyi bacarırlar: “Yolumuzdan dönməyəcəyik. Bir aya virusa qalib gələcəyik”.

Lukaşenko açıq-aşkar deyir ki, dünyada koronavirusla bağlı vəziyyəti kütləvi psixoz sayır. Prezident hər çıxışında iqtisadi amilləri qabardır. Lukaşenko bildirir ki, karantin rejiminin tətbiqi ölkəyə baha başa gələ bilər.

Belarus dünya ölkələri arasında virusa yoluxma sayına görə 27-ci yerdədir. Postovet ölkəsində indiyə qədər 21 min 101 nəfərdə infeksiya aşkarlanıb. Pasiyentlərin 121-i həyatını itirib.

Tarix: 9-05-2020, 15:09
Xəbəri paylaş



Xəbər lenti