Almaniyada bir qrup solçu hökumətin əmək haqlarının dondurulması kimi tədbirləri əhatə edən iqtisadi qanun layihəsinə etiraz edib.
Cebhe.info xəbər verir ki, mitinqə daha çox müəllimlər və həkimlər toplaşıb. Həkim İnaqui Sanquineti bildirib ki, hökumət həkimləri qorumağa borcludur:
"Biz dövlət xəstəxanalarında çalışan həkimlər olaraq bildiririk ki, əgər hökumət bizi qorumazsa, biz də xalqa xidmət etmərik. Hökumət bizi qorumağa borcludur".
Luisana adlı müəllimə isə açıqlamasında hökumətin maaşları azaltmasına etiraz etdiklərini deyib.
O bildirib ki, Almaniya xarici borcları ödəməkdənsə, o pulu səhiyyə və təhsil sahələrinə ayırmalıdır. Həmçinin, Luisana karantinin uzanmasının maddi durumu aşağı olan ailələrdə aclıq yaratdığını, onların lazımi qədər qida ala bilmədiklərini vurğulayıb. Xatırladaq ki, dünən bəzi əhmkarlar təşkilatları da etirazını bildirmişdi. Onlar "Aclıq ilə karantin olmaz", şüarları ilə öz etirazlarını bildirmişdilər.