Maraqlıdır ki, bu professorun çalışdığı London Kral Kollecini B.Qeyts maliyyələşdirir...
ÜST-nin aparıcı mütəxəssisi və London Kral Kollecinin professoru Devid Nabarro yaxın gələcəkdə koronavirusa qarşı peyvəndin, ümumiyyətlə, tapılmayacağını düşünür, çünki “COVID-19” olduqca mürəkkəb bir virus növüdür.
Moderator.az xəbər verir ki, D.Nabarro bu haqda 4 may - bazar ertəsi “CNN" telekanalına müsahibəsində danışıb.
Professor bəşəriyyətin bir müddət davamlı təhlükə olaraq bu virusla birlikdə yaşamaq məcburiyyətində qalacağını istisna etmir.
"Peyvəndin tezliklə əldə ediləcəyini söyləyə bilmərik. Əgər peyvənd peyda olsa, effektivliyi və təhlükəsizliyi üçün uğurla testdən keçiriləcəkdir. Koronavirusun dərmanı icad ediləcək. Ancaq koronavirus infeksiyasının hər il yayılmasına hazır olmalıyıq. Bu, ölümcül ola bilər və müntəzəm karantin tələb edir." – deyə ÜST mütəxəssizi bildirib.
“Bütün ölkələrin hökumətləri əhalinin davamlı yoluxma təhlükəsindən qorunmasını və koronavirus epidemiyası şəraitində sosial və iqtisadi fəaliyyətin mümkünlüyünü təmin etməlidir»- deyə Nabarro xəbərdarlıq edib.
Bununla belə, əksər mütəxəssislər “COVID-19” əleyhinə peyvəndin əldə ediləcəyinə asanlaşdıracağına ümid edirlər. Onların fikrincə, virusoloqların işini bu virusun yavaş-yavaş mutasiya etməsi asanlaşdırır.
P.S. Maraqlıdır ki, bu professorun çalışdığı London Kral Kolleci B.Qeyts tərəfindən maliyyələşdirilir...
Sultan Laçın