“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə “İrates” qəzeti məqalə yazıb.
“O, komandasında birliyi belə təmin edə bilmir. Hakimiyyətin müxtəlif qanadları arasında gərginlik yüksək həddə çatıb. Paşinyanın arxasında kölgə hökuməti fəaliyyət göstərir. Hüquq-mühafizə orqanları cinayət işlərinin qarşısını arzu edilən səviyyədə ala bilmirlər”, - qəzet vurğulayıb.
“İrates”in yazdığına görə, Paşinyan keçmiş hakimiyyət nümayəndələrinin son qəpiyini müsadirə etməklə vəziyyətdən çıxmağa çalışır. Ermənistan baş nazirinin yaxın günlərdə keçmiş vəzifəlilərə qarşı yeni cinayət işi başlayacağı gözlənilir.
Tarix: 1-05-2020, 22:11