Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükü koronavirus məhdudiyyətlərinə baxmayaraq davam etdiriləcək.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın bildirib.
“Koronavirusa görə ləngimə oldu, ancaq tədarük plana uyğun olaraq davam etdiriləcək”, - deyə Qalın Vaşinqtonda Atlantik Şuranın onlayn konfransında qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əvvəl də dediyi kimi, Ankara apreldə “S-400”-lərin quraşdırılmasını bitirmək və onları döyüş vəziyyətinə gətirmək istəyir.