Koronavirusun ardınca quraqlıq, aclıq, fırtına, çəyirtkə hücumu da gözlənilir


Belə görünür ki, koronavirus pandemiyası 2020-ci ildə dünyanın üzləşdiyi yeganə fəlakət olmayacaq. Və COVİD-19 virusu arxasınca planetə daşqınlar, fırtınalar, qıtlıq, çəyirtkə basqını gətirəcəyinə də “söz verib”. BBC-nin araşdırmasında deyilir ki, artıq təbii kataklizmlər kasıb ölkələri aclıqla hədələməkdədir. Həmçinin, Avropada və Amerikada da ciddi problemlərin yaşanacağı istisna edilmir.

Dünya okeanı heç vaxt olmadığı kimi istiləşir. Avropada və Amerikada quraqlıq dövrü başlayır. Kasıb ölkələrdə yüzilliyin ən böyük humanitar böhranı yaşanır. Daşqınlar, qıtlıq və qasırğalar isə zəngin ölkələri hədəfə alır.

İstənilən halda iqlim hadisələrinin öhtəsindən dünya asanlıqla gələ bilər. Lakin hazırkı vəziyyətdə bütün resurslar ancaq Covid-19 ilə mübarizəyə sərf olunur.

Həkimlərin, xilasedicilərin əlləri boş deyil, büdcələrdə isə artıq pul yoxdur. Fermerlər, biznes və nəqliyyat karantinə yüklənib.  Əgər pandemiya zamanı dağıdıcı qasırğa və ya leysan günləri yaşanarsa vəziyyətin nəzarətdən çıxma riski var. Qonşu ölkələrin yardımlarına və beynəlxalq təşkilatlara da ümid etmək olmaz: tibbi fors-major bütün ölkələrə toxunub. Virus heç kəsə rəhm etməyəcək.


Bu dəfə hər kəs yalnız özü özünə cavabdeh olacaq. Problemlər isə təkcə pulla məhdudlaşdırılmır. Hətta əgər daşqından, quraqlıqdan və ya qasırğadan zərər çəkmiş ölkələrə təbii hadisələrin nəticələrinin aradan qaldırılması üçün pul olsa belə lazımi avadanlıqları alıb çatdırmaq əvvəlkinə nisbətən indi daha çətin olacaq. Dünya ticarətini və nəqliyyatı koronavirus öz tabeliyində saxlayıb. Konteyner daşımaları reyddə qalır, təyyarələr uçmur.

Epidemiya qorxusundan ixracat üçün dərmanlar və ərzaqların daxil olunmasına qadağa qoyulur. Ən zəngin, əliaçıq ölkələr belə sərhədləri bağlayırlar və ümumi işə pul vermirlər. Koronavirus planetdəki həyatı büsbütün dəyişdirə bildi. Lakin son günlərə qədər alimlərin də dediyi kimi təbii kataklizmlər üzündən yaranan qlobal istiləşməni dəyişdirə bilmədi.

Yer kürəsinin iqlimi ilə bağlı məlumat bazasının məlumatlarına əsasən, 2020-ci ilin martında planetdə rekord dərəcədə istiləşmə baş verib.

"Havanın çirklənməsi iqtisadi fəallığın ixtisarına görə azalıb, ancaq karbon qazı qəfildən buxarlanmır” - Bristol Universitetinin professoru Daniyel Şmidt belə deyir. Onun sözlərinə görə, dəniz səviyyəsinin yüksəlməsi, istiləşmənin nəticələri əsrlərlə hiss olunacaq: “Pandemiya yalnız bizim iqlim dəyişikliyinin nəticələrini yumşaltmaq imkanlarımızı məhdudlaşdırdı".

Əvvəlki mart rekordu El-Nino qasırğası fonunda 2016-cı ildə qeyd edilib.  Sakit okean tropiklərində suyun temperaturu yüksəlib, yayda  ekstremal istiylə, qışda isə şaxtalarla müşayiət olunub. Bu dəfə isə dənizdə El-Nino olmadan da rekord dərəcədə istiləşmə baş verib - martda dünya okeanı 0,8 dərəcə daha istiləşib.

Okean nə qədər ilıq olarsa, orada yaranan qasırğalar da daha güclü olur. Qasırğalar koronavirusdan əziyyət çəkən ölkələr arasında daha çox dünyanın ən zəngin ölkəsi olan Amerikaya zərər vura bilər. Artıq bu ilin ikinci yarısında, iyun ayında qasırğalar mövsümü başlanır.

Bundan başqa, Hind okeanın qərbində temperaturun yüksəlməsi, Avstraliyada yayın quraqlıq keçməsi meşə yanğınlarına səbəb ola bilər. Qlobal istiləşmə təhlükəlidir. İstilər birdən birə daha dözülməz olur, soyuqlar  isə daha sərt, külək qasırğayla dönür, yağışlar daşqınlarla müşayiət olunur.

Müşahidələrə əsasən, 2019-cu ildə Avropa hədsiz istilərə məruz qaldı. Bu o demək deyil ki, avropalılar makintoşa üstünlük verdilər, yaxud günqoruyucu vasitələrdən istifadə etdilər. Deyək ki, fevral, iyun və iyulda görünməmiş istilər qeyd olunur, noyabrda isə yağıntının rekord həddə çatması sel və daşqına gətirib çıxarır.

Mərkəzi Avropada - Cenevrə və Qrenoblda 40 gün yağış yağmayıb. Sonuncu dəfə belə bir hal XIX əsrin sonlarında baş verib. Nəhayət, bu həftə səma açılıb, yağış yağmağa başlayıb.

"Avropada istiləşmə dünya trendini ciddi şəkildə qabaqlayır. Bu son 40 il bunu göstərir”, - atmosfer tədqiqatları üzrə professor Royan Satton belə deyir.

Ukraynada və Rumıniyada su anbarlarının səviyyəsi kritik həddə düşüb. Fransada kənd təsərrüfatı torpaqlarının yarıdan çoxu quruyub, fermerlər artıq təhlükə təbili çalırlar. Almaniyada da quraqlıqdır, amma hakimiyyət təşvişə düşməyə tələsmir. Halbuki  vəziyyət o qədər də yaxşı deyil. Almaniyada ötən iki il ərzində də quraqlıq olub.

"Bir çoxları havanın yaxşı keçməsinə sevinirlər. Amma fermerlər çox narahatdırlar. Onlar 2018-2019-cu ildəki quraqlığı yaxşı xatırlayırlar. Quraqlıq fermerləri məhsuldan və gəlirdən məhrum etmişdi", - kənd təsərrüfatı naziri Yuliya Klyokner belə deyir. O, həmçinin meşə yanğınlarının baş vermə ehtimalından narahatlığını da dilə gətirib.

Taxılın aparıcı istehsalçıları olan Rusiya və Qazaxıstan, Avropada ən böyük rəqiblərinin əzab çəkdiklərini görüncə taxıl ixracını məhdudlaşdırıblar. Zəngin ölkələrə tələbat ixracının artması daxili bazarda defisitə gətirib çıxara biləcəyindən ehtiyat edirlər.

Quraqlıq yalnız Avropanı vurmayıb. Arqentina və Amerikaya da öz təsirini göstərib. Amerikada beşballıq şkala üzrə ikinci dərəcəli quraqlıq Texasda, Kaliforniyada və Oreqonda, əsasən cənubda - Meksika sərhəddində müşahidə olunur.

Bütün bunlara baxmayaraq, məhsulun zərərə uğraması haqda danışmaq hələ tezdir. Yaxın iki-üç ay ərzində planetin və mal-qaranın qidalanmasının əsasını təşkil edən taxıl sahələrinin yetişdirilməsinə qərar verilib. Ümumilikdə dünyada əkin sahələrinin vəziyyəti o qədər də ümidsiz görünmür.

Ötən ilin parlaq məhsuldarlığının sayəsində dünya taxıl ambarları buğda ehtiyatı ilə doldurulub. Buna görə bir  qədər sakitləşməyə dəyər. Amma bizim “çağırılmamış qonağımız” – koronavirus qapıdadır. Pandemiyaya görə xoşagəlməz vəziyyət yaranıb.

Pandemiya dünya ərzaq bazarının tənzimlənməsini dağıdıb: anbarlarda və limanlarda sağlam işçi qüvvəsi çatışmır, yük maşınları sürücülərsiz dayanır, nə təyyarə, nə konteyner tapmaq mümkün deyil. Daşınmalar kəskin azalıb.

Məhsul əkin sahələrdə çürüməkdədir. Kənd təsərrüfatı  daha çox miqrantların işlədiyi sahədir. Amma karantinə görə Latın Amerikasındakı tarlalara qəhvə yığıcılarını buraxmırlar,  mərakeşliləri İspaniyaya çiyələk yığmağa gedə bilmirlər.

Bütün bunlar isə ərzaq böhranı qoxuyur. Amma əvvəlki illərdən - 2007-2008 və 2010-2012 illərdən fərqli olaraq bu dəfə problem yeməyin çatışmazlığında deyil. Yemək artıqlaması ilə var. İndi problem, məhsulu necə yığmaq və onu supermarketlər üzrə çatdırmaqdadır.

Koronavirus pandemiyası ilə birgə ərzaq böhranı təhlükəsi  zəngin dövlətlər üçün ciddi xərclərə gətirib çıxarır və proteksionizmə meylliyi inkişaf etdirir. Hətta ölümcül virus  olmadan belə 2020-ci ilin İkinci dünya müharibəsi vaxtlarındakı kimi ən böyük humanitar böhran ili olacağı bildirilirdi. Bu barədə BMT-nin Ümumdünya ərzaq proqramının icraçı direktoru Devid Bizli Covid-19 yaranmadan öncə dünya liderlərini xəbərdar etmişdi.

Və indi "mükəmməl fırtına" nəticəsində kasıb ölkələr genişmiqyaslı aclıqla üz-üzə dayana bilərlər. Aclıqdan və səfalətdən on minlərlə, yüz minlərlə insan öləcək. Bunun qarşısını almaq hüç cür mümkün olmayacaq.

BMT-nin məlumatlarına əsasən, dünyada 1 milyard insan – planetin hər bir səkkizinci sakini aclıq keçirir. Onların sayı  koronavirusa görə böhrandan sonra kəskin şəkildə artacaq. 265 milyon insan aclıq çəkməli olacaq. BMT-nin ərzaq proqramının icraçı direktoru Devid Bizli deyir ki, rəhbərlik etdiyi təşkilat hər gün demək olar ki, 100 milyon insanı aclıqdan xilas edir, onları yedirir. Əgər birdən bu kömək dayandırılarsa hər gün 300 minə qədər insan aclıqdan ölə bilər.

"Biz yalnız qlobal pandemiyayla deyil, həm də qlobal humanitar qəza ilə rastlaşışıq. Aclıq kabusu heç zaman olmadığı kimi realdır və təhlükəlidir. Hadisələrin inkişafının ən pis tərəfi isə odur ki, aclıq hər on ölkədən üçünü hədələyir” - Bizli belə deyir.

Hazırladı: İnarə Rafiqqızı

Tarix: 28-04-2020, 15:20
Xəbəri paylaş



Xəbər lenti