Polşa “Qazprom”un Avropadakı aktivlərinə həbs qoyduracaq





Polşa hökuməti Rusiyanın qaz nəhəngi “Qazprom”un Avropadakı atktivlərini həbs edəcək. Bu addım Polşanın PGNiG şirkətinin Stokholm Arbitraj Məhkəməsinin qərarı ilə “Qazprom”dan udduğu 1,5 milyard dolların ödənməsini təmin etmək məqsədi daşıyır. Xatırladaq ki, Polşa şirkəti 2014-cü ildə Rusiyanın “Yamal” layihəsi çərçivəsində Polşaya satdığı qazın qiyməti ilə bağlı məhkəməyə müraciət edib, 2020-ci ilin martında məhkəməni udub. 

Polşanın dövlət aktivləri nazirinin müavini Yanuş Kovalskinin “Wprost” həftəliyinə dediyinə görə, bir neçə il əvvəl Ukraynanın “Naftoqaz” şirkəti də eyni üsulla məhkəmə qərarının icrasına nail olub: “Hazırda bizim qarşımızda duran əsas məsələ “Qazprom”dan 1,5 milyard dolları necə almaqdır. Bu məsələdə mənim fikrimcə, ən yaxşı variant məhz belə sərt üsuldur. PGNiG hazırda məhz bu istiqamətdə hərəkət edir. Bu, növbəti prosessual addımların atılmasını tələb edir. “Qazprom” və onun törəmə şirkətlərinin Avropada həyata keçirdiyi bütün layihələr son nəticədə Polşa qarşısında borcun ödənməsi üçün əlverişli əmlakdır. Əgər ruslar qanuna hörmət etməsələr, mənim fikrimcə, ən yaxşı ideya Nord Stream AG(Şimal Axını 1) və Nord Stream 2(Şimal Axını 2) AG-nin səhmlərinə həbs qoymaq və almaqdır. Bu, həm də Nord Stream 2 layhəsinin icrasının qarşısını alar”.
Polşa rəsmisi qeyd edib ki, bu məsələdə Rusiya şirkətinə heç bir güzəşt olunmamalıdır.(musavat.com)
Tarix: 28-04-2020, 12:07
Xəbəri paylaş



Xəbər lenti