Rusiya Dövlət Arxivi "Stalin-Çörçill-Ruzvelt: Nasizmə qarşı birlikdə mübarizə" adlı virtual sərgi layihəsini təqdim edib.
Cebhe.info xəbər verir ki, izləyicilər ilk dəfə olaraq üç nəhəng dövlətin başçısının II Dünya Müharibəsi illərində imzaladığı sənədləri görə biləcəklər. Rusiya Dövlət Arxivinin rəhbəri A.Artizov "Əslində, onlar bir-birindən fərqli insanlar idilər. Buna baxmayaraq, birlikdə elə bir ittifaq yaratdılar ki, qorxulu və qəddar faşizm üzərində qələbə çala bildilər",-deyə bildirib. Təqdim olunan ekspozisiya beş hissədən ibarətdir.
Karantin rejiminə görə sərgini maraqlananlar əyani görə bilməsələr də, onlayn formatda izləyə bilərlər.