Trampa danışmaq senzurası qoyulub: Səbəb - SARSAQLAMAĞI imiş - ŞOK İDDİA



 
ABŞ Prezidenti Donald Trampa danışmaq qadağan olunub.
 
Ovqat.com xəbər verir ki, bu iddianı ABŞ-da yaşayan məşhur türk kordioloq Mehmet Çilingiroğlu irəli sürüb.
 
O,  Türkiyənin DHA Xəbər Agentliyinə açıqlamasında Prezidentə bu senzuranın tibb adamları tərəfindən tətbiq edildiyini açıqlayıb, səbəbini isə Trampın “sarsaqlaması” ilə əsaslandırıb:
 
 "ABŞ Prezidenti Donald Trump dezinfeksiyaedici maddələr içmək, bədəninə sürtmək, ağciyərlərini dezinfeksiyaedici maddələrlə yuymaq və ultrabənövşəyi işıqlar vermək kimi gülünc şeylər təklif edirdi. Bu səbəbdən ABŞ-da elm adamları üsyan etdilər. Təklif edirlər ki, artıq bu məsələlər barədə danışmasın və belə mövzular barədə fikir söyləməyi elm adamlarına buraxsın".
 
Koronavirusun ABŞ-ı çökdürdüyünü düşünən kardioloq deyib: “ABŞ-da bu virusa yoluxanların ümumi sayı 1 milyon, ölənlərin sayı isə 54 min nəfərdir. Testlərin ümumi sayı 5 milyona yaxındır. ABŞ tənəzzülə sürüklənir”.
 
Nəzərə alsaq ki, 327 milyondan çox əhalisi olan ABŞ-ın yalnız 5 milyonu – hardasa 1.5%-i müayinədən keçirilib, onların da 20%-də koronavirus aşkarlanıb, həqiqətən də ölkənin vəziyyəti xeyli dramatik görünür.


 
Üstəlik, ortaya çıxarılan bu nəticələr ABŞ-ın hər tərəfini də əhatə etmir. Türk həkiminin də dediyi kimi, virus hələlik Kaliforniyanın San Dieqo şəhəri ətrafında yayılıb, onun başqa şəhər və ştatlara sıçraması da istisna edilmir.
 
Koronavirusun Kaliforniyadan təkcə ABŞ-a yox, bütün dünyaya yayılmaq təhlükəsi olduğunu diqqətə çatdıran Mehmet Çilingiroğlu uzun müddət davam etməsi gözlənilən pandemiyanın milyonlarla insanın həyatına son qoyacağını düşünür: "Bunun konkret statistikasını çıxarmaq çətindir. İndiyədək 3 milyon insandan təxminən 250 mini ölürsə, 3 milyarddan da təxminən 2,5 milyonu ölə bilər. Belə çıxır ki, 8 milyard insanın təxminən 5 milyonu risk altındadır. Virus hələ Afrikada və bəzi yerlərdə özünü göstərməyib.  Yəni bir sözlə, hamımız bir-birimizə kömək etməliyik. Qlobal miqyasda bu virus dünyanı öz əlinə aldı. Biz də məsələyə qlobal miqyasda baxmalıyıq. Yalnız sərhədlərimizi bağlayıb, özümüzü təcrid etməklə yaşamağımız mümkün deyil”.
 
Mehmet Çilingiroğlunun xüsusilə son cümləsindən Azərbaycan hakimiyyətinin də çıxaracağı çox nəticələr var.
Tarix: 27-04-2020, 19:58
Xəbəri paylaş



Xəbər lenti