Ən isti yay gəlir: Nazir anons etdi

Ən isti yay gəlir: Nazir anons etdi


“Sinoptiklərin proqnozlarına görə, 2020-ci ilin yayı indiyə qədər müşahidə ediləndən daha çox isti olacaq”.

Cebhe.info xəbər verir ki, bunu Rusiyanın Ətraf mühit naziri Dmitri Kobılkin deyib.

Nazir bildirib ki, artıq anomal istilər hiss edilməyə başlayıb: "Bu gün Krosnayarskda 35 dərəcə isti qeydə alınıb. Rusiyalı və əvənəvi mütəxəssislərin proqnozlarına görə, bu il ən isti yayı yaşayacağıq. Hətta əgər ən anomal yay olmasa da, ilk beşliyə düşəcək".

Nazir qeyd edib ki, bütün tədbirlərin görülməsinə baxmayaraq, meşə yanğınlarının azalmasına ümid etmir: “Bu, insanların koronavirusa görə tətbiq olunan karantin rejimi qaydalarına əməl etməməsi və havanın isinməsi ilə bağlıdır.".

Tarix: 27-04-2020, 17:56
Xəbəri paylaş



Xəbər lenti