Saakaşvili: “Prezident ikiüzlü idi, mənə mane olurdu”


saakasvili

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili hesab edir ki, Ukrayna baş nazirinin müavini vəzifəsinə təyin olunması üçün Ali Radada kifayət qədər səs ala biləcək.


Teleqraf.com xəbər verir ki, o, bu barədə Ukrayna mediasına açıqlamasında bildirb.

Onun sözlərinə görə, onun təyin olunması üçün mütləq parlamentdən lazım olan sayda səs alacaq:

“İnanıram ki, səslər toplanacaq. Mən çox nikbinəm. Sadəcə, fraksiya səfərbər olmamışdı, indi hər şey qaydasındadır. Bu gəmidən top atmağa bənzəyir. Bu, sürpriz oldu, insanlar çaşqınlıqla qarşıladılar”.

Saakaşvili keçmiş xidmətlərini xatırladaraq, yenidən Ukrayna siyasətinə qayıtmasından hər cür siyasi fayda vəd edib.

O, vaxtilə Odessanın qubernatoru olarkən sabiq prezident Petro Poroşenkonun ona mane olmağa çalışdığını bildirib və onu ikiüzlülükdə ittiham edib.

Tarix: 27-04-2020, 17:16
Xəbəri paylaş



Xəbər lenti