ABŞ-ın Federal Təhqiqat Bürosunun (FBİ) keçmiş agenti həbs olunub. Musavat.com ABŞ-ın rəsmi qaynaqlarına istinadən (bax: sondakı linkə) xəbər verir ki, buna səbəb onun erməni mütəşəkkil cinayətkar şəbəkəsi - ABŞ-dakı erməni mafiyası ilə əlaqələdə olan vəkil tərəfindən mütəmadi olaraq rüşvətlər qəbul etməsidir.
ABŞ-ın Ədliyyə Nazirliyinin Kaliforniya dairəsinin mərkəzi vəkil ofisinin açıqlamasına əsasən 20-ildən çox FBİ-da xüsusi aqent kimi çalışan Babak Brumand xüsusi əhəmiyyət kəsb edən məlumatları ötürmək müqabilində mütəşəkkil cinayətkar erməni hörgütü ilə əlaqəli olan vəkildən 200.000 dollardan çox pul, rüşvət və hədiyyə qəbul edib. O, maraqlı bir tarixdə - 24 aprel 2020 -ci ildə həbs edilib.
Yanvar ayından etibarən təqaüdə çıxan Brumanda qarşı şikayət onu rüşvət alaraq, dövlət məmuru adından sui istifadədə ittiham edir. Bu ittihama əsasən San-Fransisko sahə offisinə təyinat alan, milli təhlükəsizlik və məxfi mənbələr ilə məşğul olan FBİ agenti, vəkil tərəfindən mütəmadi olaraq rüşvətlər və hədiyyələr alıb.
Davam edən razılığa əsasən, Brumand 2015 və 2017-ci illər ərzində hər ay orta hesabla 10.000 dollara yaxın rüşvət alıb. Bu rüşvətlər 2016-cı ildə lisenziyalı vəkil statusunu alan şəxs (daha sonra sifarşçi kimi qeyd olunur) tərəfindən mütəmadi əsaslarda ödənilirdi. Onun vasitəsi ilə Brumanda bu müddət ərzində ümumilikdə 200 min dollardan çox vəsaitin köçürüldüyü iddia olunur.
Sözügedən vəkil ilə birgə razılıq əsasında Brumand öz tərəfindən ona lazımı konfidensial məlumatları, hüquq mühafizə orqanlarının məlumat bazalarında olan spesifik və həmçinin ictimai olmayan bilgiləri ötürmüş, eyni zamanda müdafiəni təmin edəcəyini vəd edib.
İlk öncə vəkil hər hansı hüquq-mühafizə orqanı tərəfindən izlənmədiyindən əmin olmaq üçün Brumanddan FBİ-da adının olub olmamasının yoxlanmasını istəyib. Brumand öz növbəsində onun 2008-2009-cu illərdə kredit kartı fırıldaqçılığı üstündə FBİ istintaqının subyekti olduğunu, lakin bunun yalnız Brumandın hüquq mühafizə informasiya bazasında axtarışa çıxaracağı halda ortaya çıxa biləcəyini söyləyib.
Rüşvət əməliyyatları başlayandan bir müddət sonra, vəkil Brumanddan erməni mütəşəkkil cinayət fiquru olan Levon Termendzyanın FBİ informasiya bazasında yoxlanmasını istəyib. Bu əməliyyatın üstü açılır və Brumandın 2015-ci ilin yanvarında dəfələrlə Termendzyanla bağlı FBİ konfiensial cinayət işi materiallarına baxması ortaya çıxır. Brumandın, həmçinin 2016-cı ilin may ayında Lev Aslan Dermen kimi də tanınan Termendzyanın 1 milyard dollar civarında yanacaq vergisi dələduzluğuna görə açılan cinayət işinə müdaxilə etdiyi də aydın olur.
Başqa bir müştəri barəsində adının terrorizmdə keçməsi barədə məlumatın yoxlanmasına görə vəkil Brumanda "Dukati" motosikli və 26 000 min dollar civarında aksesuarlar hədiyyə edir.
Bu mənfəətlər qarşılığında vəkil mütəmadi olaraq Brumanda onunla qanuni və qeyri-qanuni işlərdə əlbir olan 20-ə yaxın şəxs barəsində konfidensial məlumatların yoxlanmasımı tələb edir.
Hazırda FBİ, Əmək Departamenti və Maliyyə Departamentinin nəzdində Mədaxil Kriminal Tədqiqatı tərəfindən Brumanda qarşı cinayət işi davam edir.
Bu, erməni mafiyasının ABŞ ərazisindəki qanunsuz fəaliyyətlə məşğul olması barəsində ilk və yeganə hal deyil. ABŞ-ın səhiyyə sistemində bugünə qədər ermənilərin müəllifliyi ilə bir sıra cinayətlər baş tutmuşdur. Belə ki, 2010-cu ildə ABŞ səhiyyə sistemində bugünə qədər olan ən böyük saxtakarlığın müəllifi olan erməni mafiası 163 milyon dollardan çox "Medicaid" şirkətinə saxta iddialar təqdim edərək tutulmaqlarından öncə artıq 35 milyon dollar məbləğində vəsaiti ələ keçirmişdilər. 2012-ci ildə ermənilər tərəfindən mütəşəkkil şəkildə "Medicare" şirkətinə təqdim edilən 1 milyon dollar dəyərində saxta iddialar ifşa olunmuşdur. 2013-cü ildə isə erməni mafiyası 1.5 milyon dollar civarında fırıldaçılıq və çirkli pulların yuyulması sxemini yaratdığı üçün ABŞ hüquq muhafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmuşdur. Erməni mafiyasının qanun pozuntuları yalnız səhiyyə sistemi ilə məhdudlaşmayıb. Belə ki, 2019-cu ilin oktyabr ayında ABŞ-a viza almaq istəyən şəxslərə onları incəsənət xadimləri kimi təqdim edən saxta sertifikatlar verərək və konsul ilə görüş zamanı “təlimatların” verilməsi müqabilində 3.000 dollardan-10.000 dollara qədər alan erməninin viza fırıldaqçılığı ilə məşğul olduğu ortaya çıxmışdır.
https://www.justice.gov/usao-cdca/pr/ex-fbi-agent-arrested-conspiracy-charge-alleging-he-accepted-bribes-paid-lawyer-linked
Musavat.com