Ukrayna Saakaşvilisiz yaşaya bilmir? - Politoloq Zelenskinin təklifini şərh edir

 
 "Zelenski iqtisadiyyatı yeni ideyalarla hərəkətə gətirə biləcəyini düşündüyünə görə Saakaşvilini baş nazirin müavini təyin edib".

Bunu Qaynarinfo-ya açıqlamasında politolq Elxan Şahinoğlu Mixail Sakaşvilinin Ukranyanın Baş nazirinin müavini təyin edilməsindən danışarkən deyib. 
Onun fikrincə, Sakaşvili Gürcustandan başlayaraq islahatçı siyasətçi kimi tanınıb:


Elxan Şahinoğlu 

"Heç zaman korrupsiyaya bulaşmayıb, Güscüstanda böyük uğurları var. Bir ara Ukraynada da Poroşenko ona vəzifə verdi. Amma sonra sözləri tərs gəldi və məcburən Ukraynanı tərk etməli oldu. Zelenski prezident seçiləndə yenidən Ukraynaya qayıtdı və təkliflər verdi ki, "mən sizə dəstək verməyə hazıram". Zelenski bir ara düşündü. Amma indi Zelenskinin vəziyyəti ağırlaşıb. Prezident seçilməsindən bir il keçib, iqtisadiyyatda ciddi irəliləyişlər yoxdur. Zelenski iqtisadiyyatı yeni ideyalarla hərəkətə gətirə biləcəyini düşündüyünə görə Saakaşvilini baş nazirin müavini təyin edib. Məhz bu məqsədlə Sakaşvili Baş nazirin müavini qəbul olunub. Ukrayna böyük dövlətdir, onun qarşısında böyük maneələr olacaq, oliqraxlar, bundan əlavə Daxili İşlər Naziri ilə  münasibətlərinin gərgin olması və s. Yaz aylarında  biz onun uğur qazanıb-qazanmayacağını görəcəyik". 

Elxan Şahinoğlu hesab edir ki, Sakaşvilinin təyinatında Qərbin rolunun olmasına inanmır: 

"Əsas Sakaşvilinin bilik və bacarıqlarıdır. Hamı da bilir ki, bu bilik və bacarıqlar islahatlar yönündədir. Sakaşvili bir işin qulpundan yapışanda orada uğur qazanmağa çalışır. Zelenskiyə də öz komandasında belə adamlar lazımdır". 

Politoloq Ukrayna və Rusiya ekspertlərinin Sakaşvilinin bu təyinatından sonra mətbuata açıqlamalarına da münasibət bildirib: 

"Deyirlər ki, Sakaşvili davakardır. Hökümətdə yenə dava salacaq və bir iş də görə bilməyəcək. Bunları düşünən Sakaşvili bəri başdan açıqlama verir ki, məndən belə şeylər gözləməyin, başımı aşağı salıb işləyəcəm".
Tarix: 24-04-2020, 13:59
Xəbəri paylaş



Xəbər lenti