KORONAVİRUSUN QAPATMADIĞI SURİYA:Türkiyə İdlibdəki münaqişəni nəzarətində saxlaya biləcəkmi? - TƏHLİL


Nihat Ali Özcan

“Milliyet” qəzeti, Türkiyə, 21 aprel 2020-ci il

 

Koronavirus pandemiyası prioritetləri dəyişdirmiş, ictimaiyyətin diqqətini dağıtmış kimi görsənir. Buna baxmayaraq, bəzi sahələrdə təsiri elə də hiss edilmir. Mətbuatda elə də çox yer almasa da, bəzi bölgələrdə gərginlik və silahlı münqasişələr davam edir. Suriyada və xüsusən İdlibdə olduğu kimi. Üstəlik, yaz mövsümünün də gəlməsi ilə “siyasi və hərbi havalar”ın istiləşməyə başlayacağını göstərən güclü əlamətlər var.

Söhbətin hansı dəyişikliklərdən getdiyini anlamaq üçün müəyyən mövzulara diqqət etmək kifayətdir.

Rusiya, Suriyaİran cəbhəsinin baş verən hadisələrə necə yanaşdığını görə bilmək çox önəmlidir. Bu üçlük koronavirus pandemiyasına rəğmən, üç tərəfdən və mütəşəkkil qaydada hərəkət edir. Bir tərəfdən İdlibdə atəşkəs rejimini pozaraq, bölgədəki gərginliyi daha da artırır, bir tərəfdən həmin bölgəyə silahlı birləşmələr yığır, digər tərəfdən də “M-4” quru yolunun nəqliyyatın hərəkətinə qapalı olmasını nəzarətdə saxlayır.

Ehtimal edilir ki, planları yekunlaşdıqdan sonra bütün dünyanın virusa başının qarışdığından istifadə edərək, yeni bir əməliyyata başlayacaqlar.

Rusiya, Suriya və İran cəbhəsinin tələsdiyi çox aşkar görsənir. Əsas məqsəd sahənin təmizlənməsi ilə danışıqlar masasına oturmaqdır. Əgər oturmaq üçün bir masaya ehtiyac qalacaqsa…

Çünki Rusiya əvvəldən İdlibdəki silahlı qrupları həmsöhbətləri qəbul etməməyi strategiyasının əsası hesab edir.  Rusiyanın düşüncəsinə görə, bölgədəki aktyor dövlətlər kimisə müdafiə etmək və “ucuz qələbə”yə şərik olmaq üçün masaya oturmaq istəyirlər. Bu səbəbdən də Rusiya ”terrorçular”ın ömrünü uzatmadan, işini gündəmə gətirmədən nəticəyə varmağı hədəfləyir.

Bu yanaşmanı sürətləndirmək üçün bir çox səbəb var. Əsas səbəb ABŞ-Rusiya münasibətinin Suriyada əks olunmasıdır.  Əlbəttə ki, bu rəqabət Avropada, Qara dənizdə və Ukraynada baş verənlərdən kənar deyil. Buna görə də Suriyada baş verənlər ABŞ və Rusiya arasında “birləşdirilmiş konteyner” rolunu oynayır. ABŞ, Suriyanın Rusiyaya olan xərcini artırmağa və işini daha da uzatmağa yönəlmiş strategiya tətbiq edir. Suriya məsələsi  gündəmə gəldikdə isə Rusiyanın qarşısında “hüquqları müdafiə olunmalı” müxaliflərə ehtiyacının olduğunu da bu hesaba qatır.

ABŞ üçün ən “mükəmməl” proses  Suriyanı ən az xərclə danışıqlar masasına apara bilməkdir. Hansı ki, İdlibdəki Əl-Qaidə ilə bağlı qrupları “şuluqçu uşaqlar” liqasından çıxararaq, “yaxşı uşaqlar” sinfinə daxil etməsi bir təsadüf sayıla bilməz.

Rusiyanın qurulan bu siyasi oyuna münasibətinə nəzər saldıqda isə o, bunun nə demək olduğunu çox gözəl bilir. Ruslar bu “filmi” hələ  1979-1989-cu illər ərzində Əfqanıstanda çəkmişdilər.

Digər tərəfdən, Putini sürətləndirən bir digər məsələ də “pisin yaxşısı” sayılan Türkiyənin dəstəklədiyi, formalaşdırdığı Azad Suriya Orudusunun (ASO) münaqişə bölgəsində hər keçən gün şam kimi əriyib yox olmasıdır.

Son olaraq, bir də Türkiyənin vəziyyətinə nəzər salaq. Türkiyə qlobal güclərin arasında qalmış kimi görsənir. Türkiyə üçün ən böyük problem İdlibin geosiyasi məhdudiyyətləri, nizamsız mühacirləri və radikalların loyallaşdırılmasının məsuliyyətini öz üzərinə götürmüş olmasıdır.

Görünən odur ki, Türkiyə üçün İdlib vəkalət müharibəsinin getdiyi bir ərazi olmaqdan sürətlə çıxır.

Ortaya çıxan yekun nəticədə isə, türk əsgəri İdlibin çəpərlərində və havada Rusiyanı, daxildə isə özünü “təkfirçi” olaraq görənlərlə qarşı-qarşıya qalmalı olacaq.

Tərcümə Strateq.az-ındır

Tarix: 22-04-2020, 10:08
Xəbəri paylaş



Xəbər lenti