Koronavirus: kimlərə – bəla, kimlərə – qlobal manipulyasiya aləti...


"Əminliklə demək olar ki, bu, nə bir qlobal oyun idisə – baş tutmadı..."




Bir daha dünya gündəmindən düşməyən koronavirus pandemiyası məsələsinə qayıtmaq bəlkə də yerinə düşür.

Çünki mətbuatı, internetdə gedən məlumatları, ümumiyyətlə, ətrafımızda və dünyamızda gedən koronavirusla əlaqəli prosesləri nəzərdən keçirəndə, hətta gözlənilməz və maraqlı nəticələrə də gəlib çıxmaq mümkündür.

 
Bütün bu məlumatlar təhlil süzgəcindən keçəndə, adamda belə bir təəssürat oyanır ki, dünyada nəsə çox böyük və qlobal fırıldaqçı mahiyyətli bir oyun və oyunbazlıq gedir.

Niyə?

Beləliklə, araşdırmağa çalışaq...

 

Qlobal media, qlobal biznes və qlobal hegemonluğun işbirliyi

 

1. Qlobal media

 

a) Əvvəla etiraf edək ki, bu koronavirus məsələsi dünya media nəhənglərinin "səyi" olmasa idi, heç kim ona fikir də verməyəcəkdi. Bu infeksiya, bu günə kimi olmuş virus infeksiyaları kimi (Ebola, atipik pnevmoniya, “toyuq qripi”, “donuz qripi” və s) bir müddət səs-küy salıb, sonradan ötüb keçəcəkdi. Və bu zaman həmin virusların yaratdığı (təkan verdiyi) xəstəliklərdən insanlar da həyatlarını itirəcəkdilər, onlardan sağalanlar da olacaqdı və yoluxmayanlar da olacaqdı. Bütün bu proses də sıradan bir şəkildə gəlib gedəcəkdi;

 

b) Amma nədənsə bu dəfə sanki sehrli bir çubuğun işarəsi ilə bütün dünyanın media qurumları eyni zamanda, bir orkestr xoru kimi səslənməyə başladılar. Özü də, getdikcə daha qorxulu səslə... Və nəhayət, məqsədə çatıldı və bu monolit xor insanlarda müəyyən fobiyanın yaranmasına yol açdı...

 

c) Halbuki elementar təhlil göstərir ki, heç də hər şey bizə televiziya ekranlarında göstərildiyi və/və ya xəbər agentliklərinin dediyi və təqdim etdiyi kimi deyildir. Biz də ki, nədənsə heç yerdə onminlər və yüzminlərlə qəflətən yaxınlarını itirmiş və bundan kədər içində olan insan kütlələrini görmürük;

 

d) Nə üçünsə, birdən-birə bu vaxta qədər digər səbəblərdən və xəstəliklərdən dünyalarını dəyişmüş insanların sayı barədə məlumatlar sanki bilərəkdən işıqlandırılmadı.

 

Sual doğur ki, niyə?

 

Axı bu, çox sadədir. Hər bir ölkədə və ümumiyyətlə, bütün dünyada hər il, hər ay, hər gün, hər saat və hətta hər saniyə müxtəlif xəstəliklər səbəbindən yüzminlər və milyonlarla insan ölür. Və hazırda bəlkə də dünyada bir milyard adam hepatit, diabet, xərçəng, pnevmoniya, sinir və ürək-damar xəstəlikləri və digər müxtəlif yoluxucu/qeyri-yoluxucu və sairə xəstəlik daşıyıcısıdırlar. Və bu qədər ölən insan sayı fonunda təqribən 4 ay ərzində hətta rəsmi elan edilmiş koronavirusa yoluxmuş 2 milyon yarım və ondan ölmüş 170 min adam sayı axı dəryada bir qətrəyə bərabərdir...

 

2. Qlobal biznes

 

a) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

Bu xüsusda, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) – sanki Yer kürəsi əhalisinin sağlamlığının keşiyində durmaq niyyəti ilə yaradılmış bir beynəlxalq qurumun – fəaliyyətini xatırlamamaq olmur. Çünki, yuxarıda qeyd olunmuş qlobal mediaya informasiya qidasını məhz ÜST verdi. Məhz ÜST şişirdilmiş təhlükəli koronavirus barədə məlumatı dünyaya ötürdü. Amma o da məlumdur ki, əvvəlcə məhz ÜST yanvar ayının 14-də, yəni virusun yalnız bir ölkədə, hətta bir şəhərdə - Çinin Uhan şəhərində - yayıldığı zaman, koronavirusun insandan insana keçməməsi barədə elan vermişdi. Bəs nə oldu?

 

Gəlin bu beynəlxalq və ümumdünya təşkilatının nəyin hesabına mövcud olmasına diqqət edək. Onda görərik ki, onun əsas və başlıca sponsoru - Bill və Melinda Geyts Fondu adlanan və təqribən 51 milyard dollar kapitala malik olan ABŞ-ın ən böyük şəxsi fondudur (!).

Məşhur "Microsoft" şirkətinin sahibi olan Bill Geytsin isə son 20 ildə bütün böyük konfrans və yığıncaqlarda səsləndirdirdiyi əsas fikir – Yer kürəsi əhalisinin həddən çox olması və onların sayının müəyyən vaksinasiya yolu ilə optimallaşdırılması fikridir. Eyni zamanda, onun fikrincə, yenə də vaksinasiya yolu ilə insanların bədəninə nanoçiplər yeridilməlidir. Bu nanoçiplər insanın sağlıq durumunu (yalnız onumu?) nəzarətdə saxlamalı və zərurət halında lazımi müalicə məsələsini aktuallaşdırmalıdırlar. Bu da ki, həmin o seçilmiş insan sayının optimal sağlam vəziyyətdə saxlamağa xidmət etməlidir.

 

b) Farmakologiya şirkətləri

Artıq praktiki olaraq yəqinlik həddində bəllidir ki, dünyanın aparıcı farmakologiya şirkətləri, insanların təbii olan cansağlığının qorunması hissi və istəyindən sui-istifadə edərək, faktiki olaraq insanları özlərindən asılı vəziyyətdə saxlamışlar. Telekanallarda gedən geniş, maraqlı və hərtərəfli dərman reklamları məhz buna xidmət edir. Halbuki, bu dərmanların mütləq əksər hissəsi yalnız dizayn və cüzi şəkildə də tərkib dəyişikliyinə məruz qalıb, əsasən qiymətlərinin qalxması ilə səciyyələnirlər. Effektləri də ki, bir qayda olaraq, elan edildiyi qədər təsirli olmur.

 

3. Qlobal hegemonluq

Nəzərdə saxlamaq lazımdır ki, yuxarıda qeyd edilmiş qlobal media və qlobal biznes, qlobal hegemonluğun sprut qollarıdır – amma  bəlkə də ən əsas qollardır.

 

Beləliklə, dünyaya koronavirus lərzəsi salmaqla qlobal hegemonluq hansı məqsədlər güdə bilərdi:

a) Çinin iqtisadi və hərbi liderlik iiddialarının qarşısını almaq;

 

b) Dünya hegemonluğunun qarşısında güclü maneə olan İranı virus epidemiyası ilə silkələyib, nəticə olaraq iqtasadi bataqlıq girdabına düçar etmək və bununla da ölkədə etirazlara təkan vermək;

 

c) Avropaya bir daha ən baş sahibin kim olduğunu təsbit etmək;

 

d) Potensial olaraq baş verə biləcək bioloji müharibənin baş məşqini aparmaq - belə ki, son zamanlar ən güclü və qorxulu silah kimi nüvə raketlərinin yox, məhz virusların olduğu iddia edilir. Çünki nüvə silahının istehsalı, saxlanması və xidmət olunması böyük xərc tələb edir, amma hansısa laboratoriyalarda çox kiçik həcmlərdə çox böyük zərər vuracaq infeksiya virusları isə müqayisəedilməz dərəcədə ucuzdur;

 

e) Uzun illər boyunca elmi laboratoriyalarda yetişdirilmiş müxtəlif virusların nəhayət reallıqda böyük həcmlərdə (böyük insan kütlələri arasında) özünü necə apara bilmələrinin təcrübəsini, ekperimentini hayata keçirmək. Bəlkə də bu, əsil yox, məhz eksperimental variantdır. Və süni pandemiya  tətbiq etməklə belə infeksiya və onun gedişatı barədə böyük təcrübə əldə edilir;

 

f) Mümkündür ki, əlbəttə buna hələ sübut yoxdur – insanların kütləvi idarə edilməsini, ən azından isə onların nəzarətdə saxlanması və ya əhalinin hər bir fərdi haqqında ən mükəmməl məlumata malik olunması üçün vaksinasıya adı altında orqanizmə nanoçiplərin yerləşdirilməsi istənilir. Və burada əsas məsələ həmin çiplərin məlumatlarının kimin əlində olmasıdır. Çünki bəllidir ki, müasir qloballaşan dünyada kimin əlində informasiya toplanır, o da öz iradəsini diqtə edəcəkdir. Belə ki, indiki dünyada ən qiymətli kapital – məhz informasiyadır;

 

g) Belə qlobal əməliyyatlar fonunda, iqtisadi, sosial və siyasi inkişaf səviyyəsi zəif olan ölkələrdə isə heç bir gözəgörünəsi nailiyyət olmadığından, burada rahat şəkildə uğursuzluqlar virus pandemiyasının üstünə atıla bilər və ona hətta potensial şəkildə ola biləcək təhlükələr dezaktivasiya edərək sıradan çıxarıla bilər, yerli oliqarxik biznez isə vəziyyətdən sui-istifadə edərək kiçik və orta biznesi uda bilər.

 

Bəs nə etməli?

 

Təbii ki, hansısa yoluxucu virus yayılan zaman onun qarşısının alınması tədbiri kimi və yoluxma zəncirinin zəiflədilməsi üçün müəyyən məhdudlaşdırıcı tədbirlər görülməlidir.

 

a) Zəruri sosial təhlükəsizlik məsafəsi saxlanmalı;


b) Ətrafın, xüsusilə də böyük insan kütlələrinin toplaşdığı qapalı məkanlar dezinfeksiya edilməli;


c) Şəxsi gigiyenaya riayət edilməli;


d) Risk qrupuna düşə biləcək adamlar müəyyən edilməli;


e) Və digər bu kimi elementar və hər hansı bir infeksion xəstəliyin yayılma təhlükəsi olan zaman edilməli tədbirlər görülməlidir.

 

Amma formal karantin tədbirləri yerinə:

a) Bütün xəstəliklərdən, xüsusilə də infeksion xəstəliklərdən ən effektiv qorunma yolu bədən  immunitetinin – yəni, orqanizmin müdafiə qabiliyyətinin gücləndirilməsidir. Bəs bu immunitetin gücləndirilməsi nəyin hesabına baş verir? Əlbəttə ki, təmiz havada çox olmaq və hərəkət etmək hesabına. İllər boyunca bütün həkimlərin öz xəstələrinə məsləhət gördükləri, resept kimi yazdıqları ən effektiv dərman – məhz bunlar olmuşdur. Müasir təbabətdə isə hətta ağır cərrahiyyə əməliyyatlarından cəmi bir gün sonra xəstəni ayağa qalxmağa və hərəkət edərək yeriməyə məcbur edirlər;

 

b) Söz yox ki, yaşlı kateqoriyaya aid insanlarda immunitet artıq zəifləməyə başlayır və onların hər hansı virusa, o cümlədən, hazırda dəbdə olan koronavirusa yoluxmaq ehtimalı daha çoxdur. Və deməli, buna müvafiq olaraq, belə insanların təmiz havaya və bu havada hərəkət etməyə də ehtiyacları daha çoxdur;

 

c) Hər hansı infeksion xəstəlik zamanı onun digərlərinə keçməsini əngəlləmək üçün sosial təhlükəsizlik məsafəsinin gözlənilməsi əlbəttə çox mühümdür. Amma bunu həmin təmiz havada hərəkət edən insanlara sadəcə olaraq izah etmək və xüsusi vəzifələndirilmiş məmurlar, habelə, könüllülər vasitəsilə tənzimləmək lazımdır.

 

d) Əhalinin rifah səviyyəsinin aşağı enməsinə, biznesin süqut etməsinə imkan verməmək, çeşidli sosial layihələr həyata keçirmək.

 

Epiloq əvəzi

Belə düşünülür ki, qlobal güclər tərəfindən süni şəkildə qaldırılmış bu məsələ nə sağlamlığın qorunmasıdır, nə tibbi maska və tibbi spirt satışıdır, nə də buna bənzər digər məsələlərdir.

Bu, bəlkə də qlobal idarəetmənin manipulyası biznesidir, nəhəng bir idarəetmə treninqidir.

 

Beləliklə, nəticə olaraq demək olar ki, hər şey gəlir əldə etməyin və insanları qorxudaraq əlində olanlara (o cümlədən, düşüncələrə və hərəkət azadlıqlarına) sahib çıxmaq üzərində qurulub - yüz və min illər əvvəl olduğu kimi...

Və bu barədə düşünmək və fikir yürütmək özü də – yəqin ki, Allahın açdığı yollardan biridir...

 

Amma Rəhman Allah sözsüz ki, belə oyunların üstünü gec-tez açacaq, və bu oyunların səbəbkarlarını və onlara dəstək verənləri cəzalandıracaq və bəşəriyyəti bu kimi iblisvari kombinasiyalardan qoruyacaq, inşəallah.

Sevindiricidir ki, bəşəriyyət ayılıb – müzakirələr, təhlillər, fikir mübadiləri hesabına qlobal hegemonların planlarının realizəsini mümkünsüzlük həddinə çatdırıb.


Şükürlər.

 Rza Adil,

Deyerler.org
Tarix: 21-04-2020, 09:14
Xəbəri paylaş



Xəbər lenti