“Leninin mavzoleyinə çiçək qoyanlar həbs edilməlidir...”
Moderator.az "TASS"-a istinadla xəbər verir ki, LDPR lideri Vladimir Jirinovski karantin rejiminə rəğmən Rusiya kommunist partiyası üzvlərinin aprelin 22-də- Leninin anadan olduğu gün onun Qırmızı Meydandakı mavzoleyinə ənənəvi gül-çiçək dəstəsi qoyma mərasimində iştirak etdiyi halda onların həbs olunmasını təklif edib.
Bu il kommunistlər Sovet dövlətinin qurucusunun anadan olmasının 150 illiyini qeyd edirlər. “Hamımız özünütəcrid vəziyyətində olmalıyıq. Əgər kommunistlər hamı üçün adi olan bu qaydalara riayət etməkdən imtina etsələr və yenə də mavzoleyə gedərlərsə (üstəlik, bəzi məsuliyyətsiz vətəndaşlar mitinqdə iştirak etmə adı altında Qırmızı Meydanda gəzmək üçün onlara qoşula bilər), onda biz onların bütün nümayəndə heyətinin həbs olunmasını və nəticədə Kommunist Partiyasının buraxılmasını və qadağan olunmasını təklif edirik "- partiyanın mətbuat xidməti Jirinovskinin bu sözlərini yayıb.
Liberal Demokrat Partiyası hüquq-mühafizə orqanlarını "bu hərəkətləri ciddi şəkildə qadağan etməyə çağırır, çünki bu, epidemiya zamanı qanun və qaydanın kobud şəkildə pozulmasıdır".