Yaponiya hökuməti əhaliyə pul paylayacaq.
Cebhe.info xəbər verir ki, bu tədbir koronavirusla mübarizə planı çərçivəsində nəzərdə tutulur. Əhaliyə veriləcək mavinət 100 min yen, yəni 926 dollar olacaq.
"Bloomberg" yazır ki, əvvəlcə əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqəsinə 300 min yen paylanması nəzərdə tutulurdu. Ancaq daha sonra hökumət öz planına dəyişiklik edib. Yeni qərara görə, bütün ölkə vətəndaşlarına pul ödəniləcək.
Yenilənmiş proqramın detalları hələlik tam açıqlanmır. Ancaq o məlumdur ki, rəsmi Tokionun qərarı paketin dəyərini 3 dəfə artırıb.
Yaponiya əhalisinə pul paylayacaq ilk ölkə deyil. Bundan əvvəl İspaniya ölkə əhalisinə belə dəstək veriləcəyini bəyan edib. ABŞ-da isə demokratlar 16 yaşdan yuxarı hər kəsə 2 min dollar ödəniməsini təklif edir.