Yaponiya mediasında 400.000 Yaponiya vətəndaşının koronavirus xəstəliyi səbəbiylə ölə biləcəyini təxmin edən xəbərlərdən sonra Yaponiyanın Baş naziri Şinzo Abe vətəndaşlarını 'evdə qalmağa' çağırdı.
"AzPolitika.info"nun məlumatına görə bu barədə Türkiyə mediyası məlumat yayıb.
Məlumatda bildirilir ki, Yaponiyanın Səhiyyə Nazirliyinin yüksək vəzifəli bir məmurunun mediaya sızan bir hesabatda, lazımi tədbirlərin həyata keçirilmədiyi təqdirdə 400.000 insanın epidemiyadan ölə biləcəyi ifadə edildi. Eyni hesabata görə, bu vəziyyətdə 850 min insanın da süni bir respiratora ehtiyacı olacaq.
'Evinizdə qalın'
Yaponiyada epidemiya son həftələrdə xüsusilə paytaxt Tokioda sürətlənib. Hökumət Tokio və Osaka da daxil olmaqla altı böyük şəhərdə fövqəladə vəziyyət elan edərək insanlar arasındakı qarşılıqlı əlaqəni 70 faiz azaltmağa çalışır.
Tədbirlərə insanların təcrid olunması və müəssisələrin cərimələr olmadan bağlanması tələbi daxildir. Hökümət sözçüsü və Nazirlər Kabinetinin Baş katibi Yoshihide Suga, insanları hökumətin məqsədinə çatması üçün əllərindən gələni etməyə çağırıb. Yaponiyanın Baş naziri Şinzo Abe də vətəndaşların evdə qalmasının zəruri olduğunu bildirib.
Məlumata görə, yalnız koronavirus simptomları olan vətəndaşları sınaqdan keçirən Yaponiya bu günə qədər 9000-dən çox virus daşıyıcısı aşkarlanıb, 200 nəfər epidemitadan ölüb.
Yaponiya hökumətinin Reuters-ə danışan mənbələrə istinadən verdiyi məlumata görə, Abe bu həftə sonu mütəxəssislərlə görüşdən sonra fövqəladə vəziyyət rejiminin uzadılacağına dair qərar verəcək.