Abxaziyalı avtoritet, kriminal aləmdə “Pıza” ləqəbi ilə tanınan 53 yaşlı Raul Bartsba həbsxanadakı dustaqlara iki “qanuni oğru”- Tengiz Lakerbanı və Vaxtanq Paçulini öldürməklə bağlı çağırış edib.
Yenisabah.az bildirir ki, bu barədə "Praym Kraym" informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, “Pıza” Tengiz Lakerbanı və Vaxtanq Paçulini iki “qanuni oğru” - 38 yaşlı Astamur Şambın və onun həmyaşıdı olan Alxas Avidzbının qatili olduqlarını bildirib. Avtoritetin bu fikrini isə digər abxaziyalı “qanuni oğru” Stanislav Sişba açıqlayıb. Sonuncu “Pıza” telefonla danışarkən onun yanında olub.
Bu ilin fevralında Paçulin və Lakerba hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən silah-sursat saxlamaqda ittiham olunaraq həbs ediliblər. Hazırda hər ikisi digər məhbuslardan ayrı - dövlət təhlükəsizlik xidmətinin istintaq təcridxanasında saxlanılırlar.
T.Lakarbanın tərəfdarları “Pıza”nın bu iddiasını “sxodka”da sübut etməyəcənə qədər əsassız hesab ediblər. Əks təqdirdə “Pıza” özü oğru titulundan məhrum ediləcək.
Qeyd edək ki, A.Şamba və A.Avidzba ötən il noyabrın 22-də qətlə yetirilib. Dörd nəfər maskalı şəxs Suxumi şəhərində, Leon prospektində yerləşən restorana gələrək orada əyləşənlərə avtomat silahdan atəş açıblar. Nəticədə üç nəfər yaralanıb, bir nəfər isə ağır dərəcəli bədən xəsarəti alıb. Ölənlərdən ikisi “qanuni oğru” - A.Şamba və A.Avidzba və onlara qulluq edən ofisiant olub.
Hər iki “qanuni oğru” “Pıza”nın tərəfdarları olmaqla yanaşı son altı il ərzində oğru titullarına sahib olublar. “Pıza”nın rəhbərliyi altında dəfələrlə kriminal avtoritetlərlə münaqişlərdə iştirak ediblər. Onların arasında “qanuni oğru” “Merab Suximski”klanının üzvü Tengiz Lakerba da olub./Virtualaz.org