Virciniya ştatının qubernatoru Ralf Norfem koronovirusa qarşı mübarizənin sərtləşdirilməsi haqqında sərəncam vermişdi. Sərəncama əsasən 10 və daha çox adamdan ibarət olan bütün ictimai və şəxsi toplantıları qadağan edilmişdi. Yepiskop Gerald Glenn isə kilsəyə toplaşanlara demişdi: "Qəti inanıram ki, Allah bu qorxulu virusdan daha böyükdür". O, ölməkdən qorxmadığını bildirmişdi.
Bugünlərdə isə Glennin qızı sosial şəbəkədə video paylaşıb. Statusdan aydın olur ki, yepiskop koronovirusdan ölüb, yepiskopun xanımı da bu qorxulu virusa yoluxub. Bu barədə “CNN”in yaydığı xəbərdə deyilir.
Əlbəttə, Allahın qüdrətini nəiləsə müqayisə etmək yanlışdır. O da aydındır ki, Yer üzündə yaşayan insan Allahın yaratdığı yeganə şüurlu varlıqdır. Ola bilər ki, başqa qalaktikalarda da şüurlu varlıqlar yaşayır. Ancaq bu, başqa bir mövzunun söhbətidir.
Hazırda bütün dünya koronovirus təhlükəsi ilə üz-üzədir. Bu təhlükə hər gün minlərlə insanın ölümünə səbəb olur. Bu virusa 1 milyondan çox insan yoluxub və bu virusu daşıyanların sayı həndəsi silsilə ilə artır. ABŞ isə koronovirusun episentri hesab olunur.
Biz eyni tendensiyanı müsəlman ölkələrində də görürük. Xüsusən Pakistanda vəziyyət kirtikdir. Orada da dindarlar kütləvi şəkildə məscidlərə ibadət edirlər. Hökumətin bütün cəhdlərinə baxmayaraq dindarlar evlərdə ibadət etmək istəmirlər.
Ümumdünya Səhiyyə Təşkilatının bu günə olan məlumatına görə, 1 812 734 nəfər koronavirusa yoluxub, 113675 nəfər bu virusdan ölüb. Dünyanın 213 ölkəsində bu xəstəlik qeydə alınıb.
Elbəyi Həsənli, SürixMusavat.comhttps://us.cnn.com/2020/04/14/us/bishop-gerald-glenn-god-larger-coronavirus-dies/index.html
Tarix: 14-04-2020, 17:11