Kəndlini kənddən şəhərə gətirən nədir: daha yaxşı yaşamaq, yoxsa sadəcə, yaşamaq istəyi
Ötən həftə Azərbaycanda əhalinin kəndlərdən böyük şəhərlərə - Bakı və Sumqayıta axının ictimai müzakirəsi ilə yadda qaldı. Xalq artisti Afaq Bəşirqızının insanları torpağa bağlı olmamaqda, təsərrüfatla məşğul olub kənddə yaşamaq istəməməkdə suçlayan fikirləri cəmiyyətdə geniş rezonansa səbəb oldu. Bir qisim onun dediklərini təqdir, digər qisim isə tənqid etdi.
Bu gün Azərbaycanın nəbzinin Bakı və ətrafında vurduğu heç kimə sirr deyil. Hər nə qədər rəsmi statistika paytaxta sığınanların sayını az göstərsə də, Azərbaycanın az qala yarıdan çoxunun rəsmi və ya qeyri-rəsmi şəkildə Bakıda yaşadığı hamıya məlumdur. Rayon insanını doğma ev-eşiyini qoyub böyük şəhərlərə axmağa nə vadar edir? Doğrudanmı səbəb yalnız daha yaxşı yaşamaq istəyidir?Sualları cavablandıran iqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, ölkə iqtisadiyyatında da Bakı və Abşeron yarımadasının payı həddindən artıq böyükdür: “Regional inkişafda böyük fərqlərin olması faktına dünyanın bir çox ölkələrində rast gəlmək olur: bir ölkənin bir neçə şəhəri, bölgəsi daha çox inkişaf edir, qalanları az. Amma bizim nümunəmiz çox anormaldır, ona görə ki, yalnız bir tərəf – Bakı və Abşeron yarımadası inkişaf edir, regionlar çox geri qalır. Fərqi göstərmək üçün qeyd edim ki, ölkənin milli gəlirinin 80 faizi bu bölgədə yaranır. Ölkənin coğrafi baxımdan yalnız 5 faizi bu bölgədir. Milli gəlirin cəmi 20 faizi qalan 95 faiz ərazidə formalaşır. Ölkəyə qoyulan investisiyaların 85-90 faizi, kreditləşmənin azı 90 faizi, ixracın 95 faizi Bakının payına düşür. Və bunun da səbəbi vətəndaş deyil, yanlış idarəetmədir. Təbii ki, neft gəlirləri bu bölgədə formalaşır. Lakin hökumət bu gəlirləri elə paylaşdırar, regional inkişafı elə planlayardı ki, bu resurslar bütün ölkəyə yayılardı, inkişaf bu qədər qeyri-bərabər olmazdı. Buna görə də biz indi insanları günahlandırmaq yox, idarəetmənin yanlışlarını axtarmalıyıq”.
Rayonlardan paytaxta gələn insanlara yönəlik “niyə əkib-becərib dolanmırlar, niyə torpağa bağlanmırlar” iddialarına toxunan ekspertin sözlərinə görə, torpağa bağlanmaq üçün normal şərtlər olmalıdır: “Əvvəla, insanlar yalnız pul qazanıb, yeyib yaşamaq barədə düşünmürlər. Xüsusilə də övladları olan insanlar həm də onların gələcəyini düşünərək addım atırlar. Hətta bu gün kənd təsərrüfatından normal yaşamaq üçün pul qazana bilən insanlar da övladlarını özləri kimi yaşayan görmək istəmirlər. Çünki onların ətrafında normal yaşam şərtləri mövcud deyil. Su təchizatından, yolların vəziyyətindən tutmuş, təhsil, səhiyyə kimi son dərəcə vacib xidmətlərin keyfiyyəti baxımından da regionlar Bakıdan dəfələrlə geri qalırlar. Mən çoxsaylı ailələr tanıyıram ki, məhz övladlarına yaxşı təhsil vermək üçün Bakıya gəlib min əziyyətə qatlaşırlar. Regionlarda həm də mədəni inkişaf üçün şərait yoxdur. Müasir dünyadır, hər yerdən, hamının yaşayışından xəbər tutmaq çətin deyil. Buna görə də insanları ittiham etmək ki, niyə yaxşı yaşam şərtləri olan yerə gəlirlər, qətiyyən düzgün yanaşma deyil.Bilirsiniz, qiymət pariteti deyilən bir anlayış var. Bu o deməkdir ki, hər hansı məhsulun dəyəri ilə digər məhsuldan nə qədər almaq mümkün olur. Bu paritetlə götürsək, Azərbaycanda on il əvvəl bir soyuducu almaq üçün tutalım, 2 ton buğda satmaq lazım gəlirdisə, indi 4-5 ton satmaq lazım gəlir. Yəni kənd təsərrüfatı məhsullarının qiymətinin artımı ilə digər məhsulların qiymətinin artımı arasında kəskin fərq var.Digər tərəfdən, kənddə yaşayan hər kəsin dolanmaq üçün zəruri olan sahədə torpağı yoxdur. Torpaq bölgüsü zamanı ən yaxşı halda bir ailəyə 1-1,5 hektar torpaq verilib. Bu gün ölkədə orta yaşayış minimumu adambaşına 190 manatdır. Dörd nəfərlik bir ailə üçün bu, ayda 760 manat, ildə isə 9120 manat deməkdir. 1-1,5 hektar sahədə bu ailə nə əkib-becərə bilər ki, xərclərini çıxdıqdan sonra minimum yaşayışını təmin etmək üçün bu qədər gəlir əldə etsin? Başqa bir məsələ. Bu ailənin 2 üzvü əmək qabiliyyətlidirsə, minimum əmək haqqının məbləği olan 250 manatdan hesablasaq, 1 ayda 500 manat, bir ildə 6 min manat pul deməkdir. Hələ uşaqların xərclərini hesablamıram, 1 hektar torpaqdan bir ildə bu qədər gəlir götürmək nə qədər realdır Azərbaycan şəraitində? Belə şərtlər altında kənddə necə yaşamaq olar”?R.Ağayev qeyd edir ki, dünyanın heç yerində kənddə yaşayanların hamısı kənd təsərrüfatı ilə məşğul olmur: “Dünyada kənd bölgələrində qeyri-kənd təsərrüfatı sahələri də inkişaf edir, insanların böyük əksəriyyəti torpaqda deyil, həmin sahələrdə məşğul olur. Bizdə insanlar məcburən torpağa bağlanırlar, amma dünya təcrübəsində belə deyil. Kənar sahələrin inkişafı imkan verir ki, az sayda insan torpaqla məşğul olsun. Məsələn, Avropada əhalinin cəmi 2 faizi kənd təsərrüfatı ilə məşğuldur. İnsan sayı az olarsa, təsərrüfata düşən torpaq sahəsi də çox olar və normal qazanc əldə etmək mümkün olar. Bizim ən böyük problemimiz odur ki, səhiyyə və təhsili kənara çıxmaqla, bölgələrdə başqa sahələr inkişaf etməyib: sənaye, xidmət, emal və sair. Buna görə də insanları ittiham etməzdən əvvəl onları şəhərə gətirən səbəbləri müəyyənləşdirmək lazımdır”.AFN-in İqtisadiyyat şöbəsi
Tarix: 20-04-2020, 21:27
-
Bu gün, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
Bu gün, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
Bu gün, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
Bu gün, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
Bu gün, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
Bu gün, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
Bu gün, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
Bu gün, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
Bu gün, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
Bu gün, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
Bu gün, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
Dünən, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar
-
Dünən, 22:29
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR..
-
Dünən, 14:46
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu – Fotolar
-
Dünən, 14:44
MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... – Deputat bir, ekspert başqa fikirdədir
-
Dünən, 14:37
Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
-
Dünən, 14:07
Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir - Vətəndaşlar şikayətçidir
-
Dünən, 14:02
Prezidentin Siyasətinə Zərbə Vuran Məmur: Sultanın Qanunsuzluq Şousuna Kim Dur Deyəcək?
-
Dünən, 11:03
“12 İL NATO BARƏDƏ NAĞILLAR EŞİTDİM...” - Zalujnıdan sensasiyalı açıqlamalar
-
Dünən, 10:58
"Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
-
Dünən, 10:08
Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar ləğv edilməlidir"
-
Dünən, 09:32
Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
-
Dünən, 09:27
Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”
-
3-08-2026, 23:21
Səhiyyə Nazirliyi vakansiyalarla bağlı məlumat yaydı: İnanmayın!
-
3-08-2026, 22:46
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur?
-
3-08-2026, 22:44
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
-
3-08-2026, 22:42
İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?
-
3-08-2026, 22:39
Səhiyyə Nazirliyinin tabeliyindəki qurum “Avromed”ə 1.7 milyon ödəyəcək
-
3-08-2026, 22:36
QHT-lərə Dövlət Dəstəyi Agentliyində saxta imza niyə araşdırılmır? -Cavabsız suallar dolu sükut davam edir...
-
3-08-2026, 22:34
117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO