“Veysəloğlu” yenə cərimələndi – Məhsul qiymətindən baha satılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən birinə sahib olan “Veysəloğlu Rossmann” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protkol tərtib edib.
Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Veysəloğlu Rossmann” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.
Belə ki, “Veysəloğlu Rossmann” MMC qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.
Məlumat üçün bildirək ki, 2022-ci ildə dövlət qeydiyyatına alınan “Veysəloğlu Rossmann” MMC-nin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Süleymanlı Məmmədqulu Nəzmi oğludur.
Qeyd edək ki, “Rossmann” mağazalar şəbəkəsi “OBA Market”, “Araz” və SPAR marketləri ilə birlikdə “Veysəloğlu” MMC-yə bağlıdır.
“Veysəloğlu” şirkətinin sahibinin Aydın Talıbov olduğu bildirilir. Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Aydın Talıbov Naxçıvan MR-nin Ali Məclisinin sabiq sədri Vasif Talıbovun da məzun olduğu Siyaqut kənd orta məktəbini bitirərək ali təhsilini İqtisadyyat Universitetində davam etdirib. 1994-cü ildən biznes fəaliyyətinə başlayıb.
Onu da bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti daha əvvəl də “Veysəloğlu” şirkətinə bağlı olan marketlər şəbəkələrini eyni səbəbdən – məhsulu üzərində göstərilən qiymətdən baha satdığı üçün cərimələyib.

Tarix: 18-12-2024, 12:33
Xəbəri paylaş



Xəbər lenti