Neftçala rayon İcra Hakimiyyətinin başçısı qazilərə verdiyi torpağı əllərindən belə alır - İDDİA

Neftçala rayon İcra Hakimiyyətinin başçısı qazilərə verdiyi torpağı əllərindən belə alır - İDDİA
Bu Neftçala rayon İcra Hakimiyyətinin başçısı QAZİ DÜŞMANI Mirhəsən Seyidovdu. Bunun Qazilərə "göstərdiyi qayğı" Qazilər üçün problem yaratmaqdan ibarətdir. Qazilərə əkin üçün verdiyi torpaq sahəsini əllərindən almaq üçün, öncə çobanların qoyun sürülərinə otlatdırıb, onları məhkəməlik etmək, verdiyi torpaq sahəsin sonradan Qazilərldən alıb Şəhid ailəsinə verib, onları üz-üzə qoymaqdır.
TEREF yazır ki, bunu Qarabağ Qaziləri İctimai Birliyinin üzvü qazi Mübariz Abbasov öz sosial şəbəkə profilində paylaşıbş Daha sonra Mübariz bəy yazır:
Bu şəxs Dövlətin buna verdiyi vəzifəsindən sui istifadə edərək, Dövlət idarəsini özü üçün, istirahət mərkəzinə, ticarət abyektinə çevirib.
Biz Qazilər torpaq üstündə yatıb, düşmanla topqar uğrunda dava edəndə bu uşaq idi, isti beşiyində yatırdı, sosqa davası edirdi. İndi böyüyüb kişi olub Qaziləri saymır. Altı aydır atası yaşında Qazilər bunun qəbuluna düşə bilmir, kişinin Qaziləri qəbul etməyə vaxtı olmur. Əslinə qalanda isə Qazilərə yaşatdığı problemlərə görə, qarşılarına çıxmağa cürəti çatmır.
Bidə ki, hardan vaxtı olsun, başı qarışıb Qazilərə verdiyi torpağı onların əllərindən almağa, torpağ ticarəti edib sərvət toplamağa.
Necə deyərlər belə bir məsəl var, əziyyətin çəkən Hüseyin xan, keyfini görən Həsən xan. Bizim işimizdə ona dönüb. Torpağ uğrunda sağlamlığını itirən Qazilər, topağdan yararlanan, sərvət qazanan Mirhəsən.
Mübariz Abbasov
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF


Tarix: 16-12-2024, 12:06
Xəbəri paylaş



Xəbər lenti