İctimai fəal Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın vəsatətinə və prokurorluğun təqdimatına baxılıb.Neqativ.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanın təqdimatı təmin edilib və Rüfət Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, o, dekabrın 3-də saxlanılıb. Rüfət Səfərov Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə ) və (221.1-ci xuliqanlıq) maddələri ilə təqsirləndirilir.