Yeni növ koronavirusun özü ilə birlikdə gətirdiyi yeni dünya nizamnəməsi insanların kütləvi toplaşmağını, toyların, həmçinin yas mərasimlərinin təşkilini də dəyişib.Pandemiya ilə mübarizə aparan əksər ölkələrdə karantin rejimi tətbiq olunmuş və bu müddət ərzində toy məclislərinin təşkli qadağan edilmişdi. Hazırda isə bəzi ölkələrdə yumşalma prosesi ilə əlaqədar toyların təşkili də müəyyən qaydalarla davam etdirilir. Belə ki, Tacikistanda koronavirus səbəbindən toylar üçün yeni qaydalar tətbiq ediləcək. Bu barədə ölkənin Dini İşlər Komitəsindən məlumat verilib.
Koronavirusun yayılmasının qarşısını almaq üçün Tacikistan Hökumətinin iclasının protokol təlimatları əsasında toylar minimum sayda qonaqların iştirakı ilə ailələr arasında keçiriləcək.
İyulun 27-də tətbiq ediləcək yeni prosedura uyğun olaraq, toy mərasimində iştirak edənlərin maksimum sayı 30-40 nəfərdən çox olmamalıdır. Bu qayda ölkədə koronavirusa yoluxma səviyyəsi sabitləşənə qədər qüvvədə olacaq.
Maraqlıdır, ölkəmizdə 5 avqustdan sonra sərt karantin rejimi yumşaldılarsa, bizdə belə proses gözlənilirmi?Mövzu ilə əlaqədar olaraq fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov
Cebhe.info-ya danışıb.
O bildirib ki, toylara dövlət tərəfindən müxtəlif qadağalar qoyula bilər və bu hal gözləniləndir:
"İlk olaraq deyim ki, sosioloji aspektdən yanaşdıqda qeyd eləməliyik ki, cəmiyyətdəki sosial normalar, adətlər, qaydalar, davranışlar heç vaxt mütləq deyildir, yəni zaman keçdikcə, cəmiyyət inkişaf etdikcə, baxışlar dəyişdikcə həmin sosial normalar, davranış nümunələri, adətlər də daimi olaraq dəyişməyə məruz qalır. Yəni bu ümumiyyətlə, ictimai inkişafın qanunauyğunluğudur. Hazırkı pandemiya şəraiti də özüylə çoxlu qadağalar gətirib.Ümumilikdə dünya ölkələrinin mütləq əksəriyyəti pandemiya şəraitini nəzərə alaraq karantin tətbiq ediblər. İnsanlar uzun illər boyunca vərdiş etdikləri gündəlik rituallardan, davranışlardan uzaq qaldılar. Bu qadağalardan bəziləri müvəqqəti xarakter daşısa da, bəzilərində ciddi dəyişikliklərə səbəb olacaq. Bu proses toy adətlərində müəyyən dəyişiklillərin yaranması üçün zəmin rolu oynadı".Sosioloq qeyd edib ki, qadağalar, saat limiti, insan sayına olan limit təkcə toylara deyil, yaslara da tətbiq edilə bilər:
"Toy mərasimlərinin kütləvi şəkildə keçirilməsi, təşkil olunması mənim baxışımdan müsbət hal deyil. Tutaq ki, toy mərasimi təşkil olubub, az qalır minlərlə adam gəlib-gedə. Bu bir tərəfdən hardasa cəmiyyətin sosial həmrəyliyinin göstəricisidir. Lakin digər tərəfdən özü ilə bir çox problemlər gətirir. Pandemiya şəraiti göstərir ki, insanların çox sıx toplaşdığı yerlərdə təkcə koronavirus deyil, adicə qrip virusu da risklidir. Dərindən düşünsək, xəstələnmək qorxusu təkcə virusla bağlı deyil. Ümumiyətlə altını cızaraq qeyd edirəm ki, çox insanların toy və yas mərasimi üçün bir araya gəlməsi bütün dünyada müsbət hal kimi qiymətləndirilmir".Mütəxəssisin sözlərinə görə, Azərbaycanda da toy mərasimlərini bərpa etmək üçün inkişat etmiş qərb ölkələrinin təcrübələrinə baxmaq lazımdır:
"İnsanlar orada toy mərasimlərini necə təşkil edirlər, və ya dünyasını dəyişənlərin yas mərasimi necə təşkil olunur. Təbii ki, dini ayinlər fərqli ola bilər, amma burada söhbət çox sayıda insanın bir araya gəlməsindən gedir.Deyə bilərəm ki, ictimai və şəxsi həyatımızın, gündəlik davranışlarımızın postpandemiya dövründə bəzilərinin, bəlkə də, çoxlarının dəyişmə ehtimalını proqnozlaşdıra bilərəm. Düşünürəm ki, bu dövr insanların yaddaşlarında bir iz buraxacaq onlar "keçmişdə belə davranırdım", "qayıdım əvvəlki qaydalarla yas keçirim" kimi düşüncələrdən uzaqlaşmalıdırlar. Dövlət mövcud pandemiya şəraitini nəzərə alaraq müəyyən qadağalar tətbiq edəcək. Məsələn, ola bilər ki, 100 nəfərdən çox adamın toyda iştirakı qadağan edilsin. Təbii ki, rəqəm şərtidir, daha az adam da ola bilər, lakin daha çox sayı ehtimal etmirəm. Digər tərəfədən restoranın içərisində sosial məsafənin qorunması kimi qaydalar ola bilər. Bunların hamısı gözləniləndir".Sosioloq bildirib ki, cəmiyyət həyatında bu cür dəyişikliklər ilk mərhələdə müsbət qarşılanmır:
"Hətta çıxışlar olur, radikal baxışlar olur. Onsuz da bizim istənilən adətlərimiz - toy, yas mərasimlərimizin təşklini bu günədək dəyişə-dəyişə gəlir. Bugünkü müasir vəziyyətdə də yeni adətlərlə toylar təşkil oluna bilər. Səbəb də odur ki, qlobal şəraitdə mövcud olan virusun yoluxma riski yüksək olduğundan dövlət tərəfindən təşkil olunan qadağalar başa düşüləndir və olmalıdır.İctimai münasibət fərqli olacaq, normal qarşılayanlar faiz etibarı ilə azlıq təşkil edəcək. Amma tədricən hamı qaydalara əməl edəcək, etməsələr, müəyyən cəzalar var. Düşünürəm ki, zaman-zaman qaydağalar öz müsbət nəticəsini göstərəcək. Arzu olunan odur ki, cəmiyyət qadağaları müsbət qarşılasın və könüllü olaraq əməl etsinlər".
Tarix: 28-07-2020, 20:18