Məcnun Məmmədov 840 minlik layihəni tendersiz həyata keçirdi - İşi 10 manatlıq şirkət görəcək



Kənd Təsərrüfatı Nazirliyi EKTİS təkmilləşdirilməsi və yeni altmodulların yaradılması üzrə xidmətlərə 842 972 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidməti “Digital Umbrella” MMC həyata keçirəcək.

 

Nazirlik və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Yəni, bu, birbaşa, tendersiz baş tutub.

 

Qeyd: Kənd təsərrüfatı naziri Məcnun Məmmədovdur. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi isə Ulduzə Tofiq qızı Xəlilovadır. Şirkətin daha çox bu nazirliyin tenderlərini əldə edir. 


Tarix: Bu gün, 12:31
Xəbəri paylaş



Xəbər lenti