Mədəniyyət Nazirliyinə etirazlara aktrisa da qoşuldu – Foto


Mədəniyyət Nazirliyinə etirazlara aktrisa da qoşuldu – Foto


Mədəniyyət Nazirliyinə qarşı narazılıq dalğası günbəgün genişlənir. Müğənni Nura Suri ilə başlayan etirazlar qısa zamanda şou-biznesin digər nümayəndələrini də hərəkətə gətirib. Artıq bir çox tanınmış ifaçı nazirliyin onlara qarşı illərdir davam etdirdiyini iddia etdikləri haqsızlıqları açıq şəkildə ictimailəşdirir.

Tribuna-nın məlumatına görə, narazılığın miqyası böyüdükcə prosesə aktyorlar da qoşulmağa başlayıb. Aktrisa Hüsniyyə Mürvətova da kinostudiyanın həyətində baxımsız vəziyyətdə qalan Cəfər Cabbarlı heykəlinin durumuna diqqət çəkib. Aktrisa bildirib ki, Kinostudiyanın həyətindəki heytələ olan münasibət qəbuledilməzir:

“Dahi Cəfər Cabbarlının heykəlinə hörmətsizlik mənəviyatı olmayan, kecmişi və gələcəyi bilinməyən biri tərəfindən edilə bilər. Və bu qəbuledilməzdir!!!”.

Qeyd edək ki, Azərbaycan dövlət kinostudiyası 1920-ci ildə “Azərbaycan XMK-nın İncəsənət Şöbəsi” adı altında təsis olunub. Qurum indiki dövrdə Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın binası, həyəti baxımsızlıqdan əziyyət çəkir. Girişdəki dahi yazıçı Cəfər Cabbarlının heykəli də uzun illərdir baxımsız vəziyyətdir. Nə heykəl təmizlənir, nə qopmuş daşları bərpa edilir.

Gülşən Rəsul


Tarix: Bu gün, 12:37
Xəbəri paylaş



Xəbər lenti