Saleh Məmmədovun çəkdiyi yollar NƏDƏN ÇÖKÜR? - "...nəzarət sıfır səviyyəsindədir"

Müxtəlif ərazilərdə tez-tez yol çəkilişlərinin şahidi oluruq. Bu, çox yaxşıdır. Ancaq təxminən bir aydan sonra həmin yol yenidən yararsız hala düşür. Yəni üstü bəzək, altı isə... Məsələn, bu günlərdə Sumqayıt şəhərində avtomobil yolu çöküb. Hadisə şəhərin "İnşaatçılar" qəsəbəsinə gedən yolda Kamran Hüseynov küçəsində qeydə alınıb. Belə ki, yolun bir hissəsi aşınmaya uğrayıb və ərazidə böyük çala yaranıb.
Xatırladaq ki, sözügedən küçədə yolun çökməsi artıq beşinci dəfədir baş verir. Hər halda yolun görünən və görünməyən tərəfi eyni deyil. Əks halda yollara etibar edər, onların “sürpriz yumurta” kimi içindən nə çıxacağını gözləməzdik. Bir dəfə çəkilən, külli miqdarda vəsait xərclənən yol niyə bir himə bənd imiş kimi tutalım, yağış yağan andaca çökməlidir ki?! Maraqlı olduğu qədər də təəssüfləndiricidir.
Bu məqam barədə “Sherg.az”a danışan nəqliyyat eksperti İlqar Hüseynlinin sözlərinə görə, məsələyə təsir göstərən səbəblərin başında korrupsiya dayanır:
“Ən çox yeyinti mümkün olan tikinti sahələrindən biri yol çəkilişidir. Çünki ciddi nəzarət mexanizmi mövcud deyil. Yol çəkilərkən mütləq analiz aparılmalı, hansı materiala nə qədər ehtiyac olduğu müəyyənləşməlidir. Asfalt örtüyü vurulduqdan sonra onun tərkibindəki materialların qədərini hesablamaq çətin olduğu üçün bir çox hallarda ayrılan pulun xeyli hissəsi “göyə sovrulur”. Odur ki, yol çəkən mühəndislər və şirkətlər vicdanlı olmalıdırlar. Yol çəkilişi vicdan məsələsidir”.
İ.Hüseynli dediklərini faktlartla izah edib:
“Dünya ölkələrində belə deyil. Asfalta ayaq basan kimi tərkibindəki məmulatların fərqli olduğunu hiss edirsən. Azərbaycandakı yolların tez çökməsinin əsas səbəbi isə özülün zəif olmasıdır. Çünki məsələn 100 “Kamaz” vacib olduğu halda onun yarısı qədər material yol tikintisinə ayrılır. Qalanı isə “yeyilir”.
Yolun bərkliyinin təmin olunmamasının fəsadları isə göz önündədir. Bir neçə il əvvəl İmişli və Saatlı rayonları arasında iki müxtəlif tikinti şirkəti yol çəkmişdi. Prezident açılışda iştirak etdikdən bir az sonra yolun Saatlıya aid hissəsi çökmüşdü. Digəri isə hələ də yararlıdır. Eyni coğrafi regionda yerləşdiklərinə rəğmən, nə üçün belə olsun?
Çünki bir tikinti şirkəti məsələyə məsuliyyətli yanaşıb, digəri isə “yeyinti”yə yol vermişdi”.
Ekspert bildirib ki, çıxış yolu nəzarətin güclənməsindədir: “Təəssüf ki, ölkəmizdə yollara nəzarət sıfır səviyyəsindədir.
Bildiyiniz kimi, İrandan Azərbaycana kafel, metlax gətirilir. Yolun Astara sərhəddinə qədər olan hissəsində həmin yükləri üç maşın gətirir, sərhəddi keçdikdən sonra isə eyni yük bir maşına boşaldılır. Nəticədə nəzərdə tutulmuş çəki həddi aşılır və yola güc düşür. Bu pozuntuya şərait yaradan isə, dediyim kimi, nəzarətsizlik, eləcə də, maşınların tərəziyə çıxarılmamasıdır. Mütləq elektron sistem yaradılmalıdır.
Beləliklə, həm yollara, həm də tikinti ilə məşğul olanların işinə nəzarət edilməlidir. Elektronlaşma olmadığı müddət ərzində belə hallar davam edəcək və külli miqdarda vəsaitlər “havaya sovrulacaq”.
Tarix: 9-07-2020, 12:02
-
Bu gün, 17:03
Sevinc Orucovanı, prezidentin imzası və nazirin qərarını heçə sayacaq qədər arxayın edən NƏDİR??
-
Bu gün, 17:01
Dövlət satınalmalarında qaz vurub, qazan dolduran “SAFARI” MMC -nin arxasında kimlər durur - İLGİNC FAKTLAR
-
Bu gün, 10:27
Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
-
Bu gün, 08:40
Üzümçü deputat Kəmaləddin Qafarovun onkoloji dərman qazancı...-VİDEO
-
Dünən, 22:54
Kozinoğlunun ölümü ilə bağlı yeni detal: Mənə tələ qurdular
-
Dünən, 22:50
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
-
Dünən, 22:46
Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur
-
Dünən, 22:44
Başqa ölkələrdə 15 manat olan bu dərman bizdə 150 manata satılır - FOTO
-
Dünən, 22:39
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
-
Dünən, 22:26
Turan Rzayev: “Bakı Təhlükəsizlik Forumu regional deyil, qlobal platformaya çevrilir”
-
Dünən, 14:46
Azərbaycanda narkotik baronları toxunulmazdır? - İQBAL AĞAZADƏ
-
Dünən, 14:38
Rayon rəhbəri 27 Sentyabr – Anım Günü ərəfəsində şəhid anası Zəminə Hüseynovanı 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 14:33
“İndi siz deyin, Qəzənfər Abdullayev ailə-canlıdır, yoxsa iş-canlı?..” - FOTOFAKT
-
Dünən, 14:27
Maaş kreditə, həyat borca... — Ekspert risk həddini açıqladı
-
Dünən, 14:16
Şəmkirdə bələdiyyə sədrləri Daşınmaz Əmlakın 11 saylı Şəmkir ərazi idarəsindən və onun rəisindən şikayət edirlər
-
Dünən, 13:28
“Kabinetlərindən çıxıb xəstəxanalardakı vəziyyətlə tanış olsunlar” – TƏBİB-ə çağırış
-
22-09-2026, 23:27
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb “
-
22-09-2026, 23:20
Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
-
22-09-2026, 23:07
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi - FOTO
-
22-09-2026, 22:53
Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş
-
22-09-2026, 15:17
ƏT BAHALAŞDIQCA KOLBASA BAZARI BÖYÜYÜR... – Bu artım nədən xəbər verir?
-
22-09-2026, 15:09
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
22-09-2026, 14:54
David Seliverstov Çingiz Qənizadəni məhkəməyə verdi
-
22-09-2026, 14:31
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
22-09-2026, 14:28
Şəhəri niyə PİS GÜNƏ SALIRLAR... - Şəhəri beləmi salarlar?
-
22-09-2026, 09:31
Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
-
22-09-2026, 09:29
Əgər neftin cəfasını BİZ ÇƏKİRİKSƏ... - NARAZILIQ VAR...
-
22-09-2026, 09:20
"Ukrayna müharibəsinin həlli zaman məsələsidir" - Vens
-
22-09-2026, 09:17
Çünki medianın içində bəzi adların ətrafında elə bir aura yaradılıb ki, ...
-
22-09-2026, 09:01
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?