Bakının nəqliyyat dərdi! – Nə idarəetmə düzəlir, nə də sürücülər...!

Bakı metropoliteninin öz fəaliyyətini dayandırması ilə əlaqədər xüsusi təyinatlı avtobuslar xətdə buraxılıb. Onlar metrostansiyaların trayektoriyasına uyğun olaraq hərəkət edirlər. Belə təyinatlı avtobuslar sırasında “M-2” xətti ilə hərəkət edənlərə tələbat daha çoxdur. Bəlkə də, bu səbəbdəndir ki, nisbətən köhnə avtobuslar da şüşələrinin üzərinə “M-2” yazısını vuraraq konkret marşrut üzrə sərnişin daşıyırlar.
Məlum avtobuslarla bağlı bu gün “Sherg.az” saytının əməkdaşı məyusedici faktla rastlaşıb. Yuxarıda qeyd etdiyimiz köhnə avtobusların birindən istifadə edən müxbirimiz sürücü ilə salonda gediş haqqlarını yığan adamın tez-tez yerlərini dəyişdiklərinin şahidi olub. Avtobus hərəkətdə ola-ola bu əməli törətmək, onlarca sərnişinin həyatını təhlükəyə atmaq nə qədər doğrudur?! Hələ onların hər ikisinin sürücülük vəsiqəsinin olub-olmaması da sual altındadır.
Məsələ barədə “Sherg.az”a fikrini bildirən nəqliyyat eksperti, Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubov düşünür ki, sürücüləri də qınamaq olmaz:
“Davam etməkdə olan pandemiya, əlbəttə, bütün sahələr kimi nəqliyyata da təsir göstərdi. İndiki vəziyyət heç kim üçün arzuolunan deyil. Avtobus çatışmazlığının yaranmaması məqsədilə xəttə əlavə avtobuslar buraxılıb. Lakin kart sistemi olmayan avtobuslarda gediş haqqının yığılması üçün, yəqin, sürücülər belə bir vasitədən istifadə edərək, köməkləşirlər. Həm də nəzərə almaq lazımdır ki, indi sürücüləri hansısa təlimlərə cəlb etmək, onlara xüsusi kurslar keçmək qeyri-mümkündür”.
Ekspertin sözlərinə görə, vətəndaşlar mövcud vəziyyəti nəzərə alaraq sürücüləri də başa düşməlidirlər:
“Çox istərdik ki, avtobusların xidmət keyfiyyətləri artırılsın. Amma pandemiya buna imkan vermədi. Odur ki, bir müddət səbr etməliyik. Başa düşürəm, ictimai nəqliyyatda ciddi problemlər var. Bir tərəfdən idarəetmə sistemini təşkil etmək, digər tərəfdən isə insanların sağlamlığını qorumaq çətindir. Yəni konkret bir “resept” vermək qeyri-mümkündür. Şübhəsiz, bu haqda danışmaq asandır, fəqət qeyd etdiyimiz qüsurları praktik cəhətdən həll etmək üçün xeyli vaxt lazımdır”.
Tarix: 8-07-2020, 19:53
-
Bu gün, 17:03
Sevinc Orucovanı, prezidentin imzası və nazirin qərarını heçə sayacaq qədər arxayın edən NƏDİR??
-
Bu gün, 17:01
Dövlət satınalmalarında qaz vurub, qazan dolduran “SAFARI” MMC -nin arxasında kimlər durur - İLGİNC FAKTLAR
-
Bu gün, 10:27
Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
-
Bu gün, 08:40
Üzümçü deputat Kəmaləddin Qafarovun onkoloji dərman qazancı...-VİDEO
-
Dünən, 22:54
Kozinoğlunun ölümü ilə bağlı yeni detal: Mənə tələ qurdular
-
Dünən, 22:50
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
-
Dünən, 22:46
Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur
-
Dünən, 22:44
Başqa ölkələrdə 15 manat olan bu dərman bizdə 150 manata satılır - FOTO
-
Dünən, 22:39
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
-
Dünən, 22:26
Turan Rzayev: “Bakı Təhlükəsizlik Forumu regional deyil, qlobal platformaya çevrilir”
-
Dünən, 14:46
Azərbaycanda narkotik baronları toxunulmazdır? - İQBAL AĞAZADƏ
-
Dünən, 14:38
Rayon rəhbəri 27 Sentyabr – Anım Günü ərəfəsində şəhid anası Zəminə Hüseynovanı 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 14:33
“İndi siz deyin, Qəzənfər Abdullayev ailə-canlıdır, yoxsa iş-canlı?..” - FOTOFAKT
-
Dünən, 14:27
Maaş kreditə, həyat borca... — Ekspert risk həddini açıqladı
-
Dünən, 14:16
Şəmkirdə bələdiyyə sədrləri Daşınmaz Əmlakın 11 saylı Şəmkir ərazi idarəsindən və onun rəisindən şikayət edirlər
-
Dünən, 13:28
“Kabinetlərindən çıxıb xəstəxanalardakı vəziyyətlə tanış olsunlar” – TƏBİB-ə çağırış
-
22-09-2026, 23:27
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb “
-
22-09-2026, 23:20
Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
-
22-09-2026, 23:07
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi - FOTO
-
22-09-2026, 22:53
Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş
-
22-09-2026, 15:17
ƏT BAHALAŞDIQCA KOLBASA BAZARI BÖYÜYÜR... – Bu artım nədən xəbər verir?
-
22-09-2026, 15:09
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
22-09-2026, 14:54
David Seliverstov Çingiz Qənizadəni məhkəməyə verdi
-
22-09-2026, 14:31
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
22-09-2026, 14:28
Şəhəri niyə PİS GÜNƏ SALIRLAR... - Şəhəri beləmi salarlar?
-
22-09-2026, 09:31
Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
-
22-09-2026, 09:29
Əgər neftin cəfasını BİZ ÇƏKİRİKSƏ... - NARAZILIQ VAR...
-
22-09-2026, 09:20
"Ukrayna müharibəsinin həlli zaman məsələsidir" - Vens
-
22-09-2026, 09:17
Çünki medianın içində bəzi adların ətrafında elə bir aura yaradılıb ki, ...
-
22-09-2026, 09:01
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?