“İşsizlərə və sahibkarlara dövlət dəstəyi iyunda da göstərilməlidir” – MİLLƏT VƏKİLİ


“İşsizlərə və sahibkarlara dövlət dəstəyi iyunda da göstərilməlidir” –             MİLLƏT VƏKİLİ

Əli Məsimli: “Qadağa tədbirləri davam etsə, vətəndaşlara, biznesə dəyən ziyan da artacaq”

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirildi. Bu ərazilərdə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək evdən çıxmaq, dükan-bazarın fəaliyyət göstərməsi qadağan edildi.

 

AYNA-nın mövzu üzrə suallarını Milli Məclisin deputatı Əli Məsimli cavablandırıb.

 

- Əli müəllim, pandemiya ilə mübarizədə Azərbaycanın gördüyü işləri digər ölkələrlə müqayisədə necə dəyərləndirirsiniz?

 

- Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa və onun əhali yaratdığı fəsadlara qarşı mübarizə aparılır. 2020-ci ilin fevral ayından başlayaraq ölkəmizdə görülməyə başlanan sərt antiepidemiya tədbirləri ilkin mərhələdə öz bəhrəsini verməyə başladı. Koronavirus infeksiyasından sağalananların sayı xəstələnənlərin sayını üstələyirdi. Koronavirusdan ölənlərin sayı isə xəstələnənlərin cəmi 1 faizi ətrafında idi ki, bu da dünyanın 150-dən çox ölkəsinin orta statistik göstəricisindən 5 dəfə yaxşı idi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və beynəlxalq səviyyəli bir sıra ekspertlərin araşdırmalarına görə, əgər Azərbaycan pandemiyaya qarşı mübarizənin ilkin nəticələrini axıracan saxlaya bilsə, onda iyunun 14-nə ölkəmizdə koronavirusa yoluxanların sayı sıfıra yaxınlaşacaq və bu bəladan az itki ilə çıxmaq mümkün olacaq.


 

- Bir müddət əvvəl karantin rejiminin yumşaldılması ilə bağlı qərar verildi, sonra da yenidən sərtləşməyə doğru addım atıldı. Bunu nə ilə izah etmək olar?

 

- İlkin müsbət meylləri nəzərə alaraq, ölkədə karantin rejiminin tədricən yumşaldılmasına başlanıldı. Bununla belə, görülmüş tədbirlər müsbət nəticələr versə də, aprelin 27-dən xüsusi karantinin rejiminin mərhələli şəkildə yumşaldılması və müəyyən olunmuş qaydalara riayət edilməməsi son günlər infeksiyaya yoluxanların sayının kəskin artması ilə nəticələndi. Görünür, bir tərəfdən metronun, iri ticarət mərkəzlərinin, sosial məsəfə saxlanılması mümkün olmayan, eləcə də gözlənilməyən sahələrin vaxtından əvvəl işə başlaması, digər tərəfdən isə insanların bir hissəsinin epidemiya ilə mübarizə qaydalarına məhəl qoymaması yenidən ölkəmizdə koronavirusa yoluxanların sayının sürətlə artmasına gətirib çıxarıb. Əgər əvvəlki mərhələdə koronavirus infeksiyasından sağalananların sayı xəstələnənlərin sayını əhəmiyyətli dərəcədə üstələyirdisə, son vaxtlar əks proses gedir: xəstələnənlərin sayı sağalananların sayını əhəmiyyətli dərəcədə üstələyir. Buna görə də aktiv yoluxma hallarındakı artım səbəbindən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq edildi.

 

- Pandemiyadan az itki ilə çıxmaq üçün daha hansı mexanizmlərdən istifadə etmək olar?

 

- Yaranmış vəziyyətdən tez və az itki ilə çıxmaqdan ötrü, bir tərəfdən tənzimləmə mexanizminin səmərəliliyini artırmaq istiqamətində əlavə tədbirlər görülməli, digər tərəfədən isə hər kəs özünü, ailə üzvlərini, yaxınlarını, eləcə də ətrafında olan insanları düşünməli, karantin rejimi qaydalarına və tövsiyyələrə əməl etməklə bu bəlanın daha geniş vüsət almasına imkan yaratmamalııdr. Beynəlxalq praktika sübut edib ki, epidemiyaya qarşı mübarizədə ən etibarlı üsul bir müddət təcrid, sonra isə karantin rejimi qaydalarına əməl etmək, maska taxmaq, sosial məsafə saxlamaq və sair bu cür üsullardan istifadədir.

 

- Gələk məsələnin iqtisadi tərəflərinə...

 

- Məsələnin iqtisadi və sosial tərəflərinə gəldikdə, 600 min işsiz, o cümlədən fərdi sahibkarlar dövlət hesabına maliyyələşdirilir. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq xeyli hissəsini ödəyib. O cümlədən, imkansız ailələrdən olan tələbələrin təhsil xərcləri qarşılanır. Aprel-may aylarında işsizlərə 190 manatlıq yardım edildi. Bütün bu tədbirlərə və biznesə əlavə dəstək paketlərinin reallaşdırılması üçün 3,5 milyard manatdan çox vəsait ayrılıb və bir hisssi artıq ödənilib. Koronavirus pandemiyası və onun ətrafında cərayan edənlərin təhlili təcrübəsi göstərir ki, koronavirus pandemiyası üzərində qələbənin qazanılması yalnız birgə səylər nəticəsində mümkündür. Ona görə də koronavirus pandemiyasının yaratdığı fəsadlardan az itki ilə çıxmaqdan ötrü zəruri olan məlum şərtlər içərisində dövlətlərin, ayrı-ayrı qurumların, imkanlı insanların və əhalinin bir-birinə mümkün variantlarda dəstək göstərməsi, birgə səylərin artırılması, əlaqələndirilməsi, ekstremal şəraitdə bir-birinin yanında olması mühüm əhəmiyyət kəsb edir.

 

- Beynəlxalq təcrüdən nə kimi nümunələr gətirmək olar?

 

- Məsələn, Yaponiyanın və bir neçə digər ölkənin təcrübəsi göstərir ki, virusa qarşı beynəlxalq praktikada uğurla sınaqdan çıxan tədbirlər özünü doğruldur. Eyni zamanda, kim həmin tədbirlərdə nəzərdə tutulan qaydalara etinasızlıq göstərirsə, həmin ölkələrdə proses uzanır və buna müvafiq olaraq itkilər də artır. Ona görə də bu bəladan tez və az itki ilə qurtulmaq istəyiriksə, tələblərə əməl etməliyik.

 

- Yuxarıda qeyd etdiyiniz dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi zərurəti varmı?

 

- Yaranmış şarait göstərir ki, aprel və may aylarında istər sahibkarlara, istərsə də işsizlərə və digər imkansızlara verilən dəstəyin iyun ayında da davam etdirilməsinə ehtiyac var. Ona görə də işsizlərin statistikasına və 2020-ci ilin Sosial Müdafiə Fonduna yenidən baxılmalıdır. Rəsmi statistikada 81 mindən artıq işsız qeydə alınsa da, müxtəlif süni metodikaların tətbiqi ilə onların cəmi 1711-nə işsizlkdən sığıorta haqqı adlandırılan müavinət verilirdi. Pandemiyanın yaratdığı vəziyyətlə bağlı həmin rəqəmin 20 min nəfərə, yəni rəsmi işsizlərin 25 faizinə çatdırılması nəzərdə tutulur. Pandemiya açıq-aşkar göstərdi ki, işsizlərin sayı 81 min nəfər yox, bundan xeyli çoxdur. Əgər işsiz və imkansız insanlara verilən 190 manatın 200 min adama şamil edilməsi nəzərdə tutulsa da, 600 min adama verilməsi o deməkdir ki, bu qəbildən olan imkansızlar rəsmi statistikada göstərilənlərdən xeyli çoxdur. Ona görə də Milli Məclisdəki və mətbuatdakı çıxışlarımda da dediyim kimi, dövlətin iyun ayında imkansız insanlara verilən 190 manatlıq sosial yardımın verilməsini davam etdirməsini məqsədəuyğun hesab edirğm. Bununla yanaşı, yeni statistik məlumatlara əsaslanaraq müavinət almalı olan işsizlərin sayı yenidən artırılmalıdır. Adına kiçik torpaq sahəsi olub, amma adambaşına orta aylıq gəliri ehtiyac meyarından, yəni bu il üçün təsdiq edilmiş 160 manatdan az olan ailələrə də ünvanlı sosial yardım verilməli, ardınca isə mümkün olan yerlərdə özünüməşğulluq proqramına salıb əlavə dəstək verilməlidir.

 

- Şənbə-bazar qadağası da əlavə problemlər yaratdı...

 

- Sahibkarlar, xüsusən də kiçik bizneslə məşğul olanlar yenicə fəaliyyətə başlayıb özlərinə gəlmək istəyəndə, yenidən şənbə-bazar günlərində sərt karantin rejimınin tətbiqi ölkədə son günlər yaranmış vəziyyətin tələblərindən doğur. Eyni zamanda, belə hallarda sahibkarlara, xüsusən də kiçik biznesə əlavə ziyan dəyir. Bu proses davam etsə, həmin ziyan da artacaq. Ona görə də biznesə dəstək paketi aprel-may ayları ilə məhdudlaşdırılmamalı, iyun ayında da davam etdirilməlidir.


Tarix: 8-06-2020, 22:37
Xəbəri paylaş



Xəbər lenti