Həsənquliyevdən sensasion TƏKLİF: Azərbaycan yeni respublika modelinə keçsin

Həsənquliyevdən sensasion TƏKLİF: Azərbaycan yeni respublika modelinə keçsin
Azərbaycanın parlamentli respublika modelinə keçməsi yaxşı olardı.

Globalinfo.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

O xatırladıb ki, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti də parlamentli respublika kimi yaranıb:

“Dövlət quruculuğu istiqamətində aparılacaq islahatlar çərçivəsində biz yeni Konstitusiya və Seçki Məcəlləsi qəbul etməli, proporsional seçki sisteminə keçməliyik. Parlamentdə müxalifət fraksiyalarının olması üçün topladığı səsdən asılı olmayaraq ən azı 3 partiya Milli Məclisdə təmsil olunmalı, müxalif partiyaların parlamentdə sayı, deputatların ümumi sayının üçdə birindən az olmamalıdır və bu qanunvericilikdə təsbit olunmalıdır.

Konstitusiyaya görə, yerlərdə icra hakimiyyətini icra başçıları həyata keçirir. Amma bəzi rayonlarda, bölgələrdə bu işi Prezidentin səlahiyyətli nümayəndələri görür. Prezidentin Qarabağa səfəri zamanı bu aydın göründü. Həm ən azından buna görə, həm də Ermənistanla ərazi mübadiləsi edəriksə (bu, referendumla təsdiq olunmalıdır), deməli, buna ciddi ehtiyac var. Konstitusiya islahatları aparılacaqsa regional, seçki yolu ilə formalaşan yerli icra hakimiyyəti orqanlarının yaradılması nəzərdə tutulmalı, parlamentin səlahiyyətləri də ciddi şəkildə artırılmalıdır. Daha yaxşı olardı ki, parlamentli respublika modelinə keçək. Dövlətimiz də 1918-ci ildə parlamentli respublika kimi yaranıb”.
Tarix: Bu gün, 09:03
Xəbəri paylaş



Xəbər lenti